Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Prezident əmisinin xaricdəki mülkləri əlindən alındı, özünə də iş kəsildi


Rifaat al-Assad
Rifaat al-Assad

Fransa məhkəməsi iyunun 17-də Suriya prezidenti Bashar al-Assadın əmisinib Suriya büdcəsindən çıxarılmış milyonlarla avroya Fransada daşınmaz əmlak almaqda təqsirli bilib.

Reuters agentliyi yazır ki, məhkəmə prezident əmisinin 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Hökmə görə habelə Rifaat al-Assadın Fransadakı bütün daşınmaz əmlakı müsadirə olunacaq. Ədliyyə mənbələri bu əmlakın ümumi dəyərinin 113 milyon dollar olduğunu bildiriblər.

Rifaat al-Assadın habelə Londonda 29 milyon avroluq daşınmaz mülkiyyəti var.

82 yaşlı Rifaat al-Assad 1980-ci illərdə öz qardaşı, indiki prezidentin atası Hafez al-Assadı devirmək cəhdində ittiham olunandan bəri xaricdə, əsasən Fransada mühacir həyatı sürür.

O habelə 1982-ci ildə Suriyada islamçı qiyamın yatırılması zamanı minlərlə insanı öldürmüş ordu birləşməsinə komandanlıq edib.

İspaniyada 700 milyon avroluq 500 mülk

Fransanın ədliyyə orqanları mühacir həyatı yaşayan şəxsin 1984-cü illə 2016-cı il arasında bir neçə ölkədə mülklər almasından şübhələnib.

O özünə qarşı ittihamları daim inkar edib və bildirib ki, hazırkı sərvəti ona Səudiyyə kralından hədiyyədir.

Fransa məhkəməsi habelə Rifaat al-Assadı, bu işlə əlaqədar hələ 2013-cü ildə rəsmi şikayət vermiş Sherpa antikorrupsiya təşkilatına 30 min avro təzminat ödəməyə təhkim edib.

Sherpa-nın lideri, hüquqşünas Vincent Brengarth müxbirlərə deyib ki, “bu hökm heç kimin ədalətdən qaça bilməyəcəyini və cəzasızlığın olmayacağını göstərir”.

Müsadirə olunan mülklərdən biri də Parisin Avenue Foch küçəsindəki malikanədir.

Basharın vəkili Benjamin Grundler hökmü “ədalətsiz” adlandırıb və deyib ki, sözü gedən vəsaitlərin heç birinin mənşəyi Suriya ilə bağlı deyil və bütün vəsaitlər tamamilə leqaldır.

Vəkil məhkəmə hökmündən apellyasiya şikayəti veriləcəyini bildirib və elə buna görə də prezident əmisi hələlik həbsxanaya göndərilməyib.

2017-ci ildə İspaniya hakimiyyət orqanları çirkli pulların yuyulmasına qarşı mübarizə çərçivəsindəRifaat al-Assadın ümumi dəyəri 700 milyon avro olan 500 daşınmaz əmlakını müsadirə edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG