Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:30

İllər prezidentləri necə dəyişir [Infoqrafika]

Zamanla prezidentlərin təkcə vədləri deyil, zahiri görkəmləri də dəyişir. Xüsusən 20 ildən çox hakimiyyətdə qalmış insanların görkəmlərində təbii dəyişikliklər də aşkar görünür. Sürgünü SAĞA-SOLA ÇƏK, illər üzrə fərqi gör.

DİQQƏT: INFOQRAFİKANIN YENİ VERSİYASI BURADA

Photo 1 Photo 2

Barack Obama – ABŞ prezidenti

Barack Obama 2009-cu il yanvarın 20-dən ABŞ-ın 44-cü prezidenti kimi vəzifəsinin icrasına başlayıb. 2013-cü ildə ikinci dəfə seçkinin qalibi olub, hazırda 2-ci və sonuncu dövr üçün ölkəyə rəhbərlik edir. Onun səlahiyyət müddəti 2017-ci ildə bitəcək. ABŞ-da prezidentlik müddəti 4 ildir və heç kim 2 dəfədən artıq prezidentliyə namizədliyini irəli sürə bilməz. 

Photo 1 Photo 2

Vladimir Putin – Rusiya prezidenti

Vladimir Putin 2000-ci ildə Boris Yeltsindən sonra hakimiyyət başına keçib. 2 dəfə prezident seçiləndən sonra – 2008-ci ildə keçirilən seçkidə Konstitusiyanın tələbinə görə iştirak etməyib. Amma seçkidə onun dostu hesab edilən Dmitry Medvedevin qələbəsini təmin edib, özü isə 2012-ci ilə qədər ölkənin Baş naziri olub. Çoxları həmin dövrü də Rusiyada Putinin real hakimiyyəti dövrü hesab edirlər. 2012-ci ildə isə yenidən prezident seçkilərində namizədliyini irəli sürərək qalib olub. Bu dəfə onun prezidentlik müddəti 6 ildir. 2018-ci ildə yenidən 6 illik prezidentlik üçün namizədliyini irəli sürə bilər. Çünki, özü və tərəfdərları onun Medvedevdən sonrakı hakimiyyətə gəlişini birinci prezidnetlik dövrü kimi təqdim edirlər. 

Photo 1 Photo 2

Recep Tayyib Erdoğan - Türkiyə prezidenti

Erdoğan 2003-2014-cü illərdə Türkiyənin Baş naziri olub. 2014-cü ildə isə ümumxalq səsverməsi ilə seçilən ilk prezident kimi fəaliyyətə başlayıb. Buna qədər Türkiyədə prezidentləri parlamentdə keçirilən səsvermədə müəyyən edirdilər. Konstitusiyaya dəyişikliliyə görə bundan sonra prezidentlik müddəti 5 ildir, eyni adam 2 dəfədən çox dalbadal prezident seçilə bilməz. 

Photo 1 Photo 2

İlham Əliyev – Azərbaycan prezidenti

2003-cü ildən hakimiyyət başındadır. 2008-ci ildə 2-ci, 2013-cü ildə 3-cü dəfə prezident vəzifəsinə seçilib. Prezidentlik müddəti 5 ildir. İlham Əliyevin hakimiyyəti illərində Konstitusiya dəyişdirilərək bir nəfərin 2 dəfədən çox prezident seçilməsinə qoyulmuş məhdudiyyət aradan qaldırılıb. Mövcud Konstitusiya ilə İlham Əliyev bundan sonrakı dövrlər üçün də istədiyi qədər prezident seçkilərində namizədliyini irəli sürə bilər. 

Photo 1 Photo 2

İslam Karimov – Özbəkistan prezidenti

1990-cı ildən – artıq 25 ildir hakimiyyət başındadır. Bu ölkədə Konstitusiyaya görə prezidentlik müddəti 4 ildir. Eyni adam da 2 dəfədən artıq dalbadal prezident ola bilməz. Amma 77 yaşlı İslam Karimov artıq 25 ildir ki, referendumlar, müxtəlif siyasi tədbirlərlə hakimiyyət ömrünü uzadır. 

Photo 1 Photo 2

Alexander Lukashenko – Belarus prezidenti

Alexander Lukashenko 1994-cü ildən bu yana Belarusda hakimiyyət başındadır. Bu ölkənin konstitusiyası prezidentlik müddətinə 5 illik məhdudiyyət və eyni adamın 2 dəfədən artıq prezident seçilməsinə məhdudiyyət nəzərdə tutur. Amma referendumlarla konstitusiyada dəyişikliklər edilir, hər dəfə də “yeni dəyişikliyə" əsasən Alexander Lukashenko 21 ildir hakimiyyətdə qala bilir. 

Photo 1 Photo 2

Nursultan Nazarbayev – Qazaxıstan prezidenti

75 yaşlı Nursultan Nazarbayev 1989-cu ildən bu yana Qazaxıstanda hakimiyyət başındadır. Ölkə müstəqil olandan az əvvəl Kommunist Partiyasının rəhbəri olaraq kürsüyə qalxan Nazarbayev 26 ildir Qazaxıstanda söz sahibidir. Müxtəlif illərdə, cürbəcür referendumlar, Konstitusiya dəyişiklikləri ilə o, öz uzunömürlü hakimiyyətini təmin edib. Bu yaxınlarda isə Nursultan Nazarbayev gözlənilmədən 2015-ci il aprelin 26-a növbədənkənar prezident seçkisi təyin edib. 

Photo 1 Photo 2

Emamoli Rahmon – Tacikistan prezidenti

Emamoli Rahmon 1992-ci ildən Tacikistana rəhbərlik edir. Bu ölkədə prezidentlik müddəti 7 ildir və bir nəfər 2 dəfədən artıq prezidentliyə namizədliyini irəli sürə bilməz. Amma 2003-cü ildə Konstitusiyaya dəyişliklik edilib. Bununla da Rahmon və tərədarları daha 2 dəfə hər dəfə də 7 illik prezidentlik üçün qanuni maneənin aradan qalxdığını deyirlər. 

Photo 1 Photo 2

Serzh Sargsyan – Ermənistan prezidenti

Serzh Sargsyan 2008-ci ildə prezident seçkisinin qalibi elan edilib. O zaman seçkinin nəticələrinin saxtalaşadırılması iddiası ilə etiraz aksiyası keçirən müxalifətlə hakimiyyət tərəfdarları arasında insan tələfatı ilə nəticələnən qarşıdurma da olmuşdu. Amma Serzh Sargsyan 2013-cü ildə keçirilən prezident seçkisində daha bir 5 il müddət üçün hakimiyyətini təmin edib. Ermənistanda Konstitusiya onun 3-cü müddətə prezidentliyə namizədliyini irəli sürməsinə imkan vermir və 2018-ci ildə özü də hakimiyyətdən gedəcəyini bildirir. 

XS
SM
MD
LG