Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:43

Minlərlə çexiyalı baş və ədliyyə nazirlərinin istefasını tələb edir


Noyabrın 16-da 300 minə yaxın çexiyalı yenidən Praqada baş nazir Andrej Babis və ədliyyə naziri Maria Beneshova-nın istefasını tələb edib.

Aksiya iştirakçıları baş naziri korrupsiyada iştirakda ittiham edərək müxalifət partiyalarını ölkədəki siyasi vəziyyətə təsirlərini gücləndirməyə çağırıblar.

Çexlər narahatdılar ki, baş nazirin dövlət və vətəndaş qurumlarına hesabatlı olmaması səbəbindən Avropa tərəfdaşları birlik fondlarından ölkəyə vəsait ayırmaqdan çəkinə bilərlər.

Etirazçılar həm də Andrej Babis-i Avropa Birliyi fondlarından alınan maliyyədən sui-istifadə halları ilə əlaqədar cinayət işinin istintaqına təsir göstərməkdə şübhəli bilirlər.

XS
SM
MD
LG