Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Aprel, şənbə, Bakı vaxtı 15:20

Praqada Moskvanı qəzəbləndirən abidə qoyulacaq


Çexiya paytaxtı Praqanın rayonlarından birində Rusiya Azadlıq Ordusunun (RAO) əsgərlərinə abidə qoyulması barədə qərar qəbul edilib.

Putin Rusiyasında satqın sayılan Rusiya Azadlıq Ordusu 1945-ci ildə Praqanın almanlardan azad edilməsində əhəmyyətli rol oynayıb.

Praqanın Rjeporıye rayonunun meri Pavel Novontny deyib ki, RAO əsgərlərinin yalnız adsız qəbirlərdə uyuması yolverilməzdir.

RAO-nun komandanı general Andrey Vlasov müharibədən sonra Moskvada güllələnib.

Novotny deyib ki, “qırmızı qvardiyaçılardan fərqli olaraq, bizim vlasovçularla heç bir münaqişəmiz olmayıb”.

RAO-ya abidə qoyulmasını Rusiya hökuməti kəskin tənqid etmişdi.

Moskva bildirir ki, Rusiya Azadlıq Ordusu nasist Almaniyasının komandanlığı tərəfindən Sovet İttifaqına qarşı yaradılmışdı.

Rusiya bunu da qeyd edir ki, vlasovçulara abidə qoyulması Nürnberq tribunalının hökmlərinə zidd hərəkətdir.

Amma Praqanın 5-ci rayonunun meri Novotny məsələnin bu cür qoyuluşu ilə razı deyil.

O bildirir ki, bu abidə nasistlərinin əlaltılarına deyil, konkret olaraq Praqanın azad olunmasında iştirak etmiş hərbçilərə qoyulur.

RAO əsgərlərinin məzarları Praqanın müxtəlif yerlərindəki məzarlıqlardadır. Onlardan bir çoxunun məzarında “naməlum əsgər” sözləri yazılıb.

Novotny deyib ki, abidənin yaradılmasından əsas məqsəd general Vlasovun yox, məhz bu sıravı əsgərlərin xatirəsinin əbədiləşdirilməsidir.

Mer bunu da deyib ki, abidə vandalizm hücumlarından qorumaya malik olacaq.

RAO-nun 1-ci diviziyası Sergey Buyachenko-nun komandanlığı altında Praqa üsyanında iştirak etmişdi. Lakin üsyan rəhbərliyi 1945-ci ilin 7 mayında bu diviziyanın şəhəri tərk etməsini istəmişdi.

Vlasovçuların Praqanın azad edilməsindəki rolu Çexiya tarixşünaslığında hələ də mübahisə mövzusu olaraq qalır.

Bəzi tarxiçilər deyirlər ki, sözü gedən 1-ci divizya Praqadan əvvəl Varşava üsyanının yatırılmasında iştirak etmişdi.

General Vlasov və onun komandirləri müharibədən sonra Moskvada mükahkimə edilərək güllələniblər.

XS
SM
MD
LG