Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 08:47

'Postların yığışdırılması daldan atılan daşa bənzəyir' – Şərh


Yol polisi xüsusi karantin rejiminə əməl olunmasına nəzarət edir. İyun 2020
Yol polisi xüsusi karantin rejiminə əməl olunmasına nəzarət edir. İyun 2020

Bakıda koronavirus pandemiyası ilə bağlı qurulmuş postlar iyulun 2-dən yığışdırılıb. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskanın taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarına əməl olunmasına nəzarət gücləndirilir. Bu məqsədlə polisin və Daxili Qoşunların əsgərlərinin sayı artırılıb.

"Gecikmiş addım"

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzadlıqRadiosuna bildirir ki, bu tədbir pandemiyanın yayıldığı ilk dövrdə görülməli idi və o zaman çox effekt verərdi.

A.Qeybulla
A.Qeybulla

"Lap əvvəldən karantin tədbirlərinin görülməsi daha əhəmiyyətli olardı. İndi artıq infeksiyanın xeyli yayılması fonunda bu, o qədər də məntiqi görünmür", - deyə A.Qeybulla söyləyir.

O deyir ki, rayonlarla paytaxt Bakı arasında "karantin xətti" olsa da, çox sayda vətəndaş bölgələrdə istirahət və əyləncə mərkəzlərindədir. Professorun fikrincə, bu durumda hökumətin son addımı daha çox daldan atılan daşa bənzəyir: "Artıq böyük yoluxma potensialı var. Bundan sonra inanmıram ki, belə bir addım hansısa effekt verə bilər, xeyli insanlar infeksiyaya yoluxmuş durumdadır".

A.Qeybullanın fikrincə, karantin tədbirlərini sərtləşdirməkdən daha çox, insanları maarifləndirmək yolu tutulmalıdır.

Professorun sözlərinə görə, insanlar hər şeydən öncə karantin qaydalarına əməl etməyi vərdişə çevirməlidirlər.

"Daha çox maarifçilik lazım"

Deputat Sabir Rüstəmxanlı da razılaşır ki, koronavirusla mübarizədə daha çox maarifçilik işi vacibdir və KİV-lərin, sosial medianın imkanlarından daha geniş istifadə olunmalıdır: "Əhali də öz məsuliyyətini artırmalıdır".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Deputat şəhər daxilində postların götürülməsini müsbət hal kimi dəyərləndirir: "Şəhər içindəki postlardakı yoxlamalar daha çox nəqliyyatın hərəkətini yubadırdı. Hamı da keçib gedir, saxlanılan olmur, amma vaxt itkisi əmələ gəlirdi".

S.Rüstəmxanlı hesab edir ki, polisin və Daxili Qoşunların əsgərlərinin maska taxılması, sosial məsafə gözlənilməsi kimi karantin qaydalarının yerinə yetirilməsi ilə bağlı nəzarət aparması məqbuldur: "Amma düşünürəm ki, maarifləndirmə işi daha öndə olmalıdır, çünki cərimələrlə bu işi həll etmək mümkün görünmür. Cərimə olacaqsa belə, cərimə özü də bir maarifləndirmə rolu daşımalıdır, maliyyə itkisi ehtimalı insanları karantin qaydalarına riayət etməyə sövq etməlidir", - deputat belə deyir .

Xatırlatma

Azərbaycanda koronavirusa ilk yoluxma halı fevralın 28-də aşkarlanıb.

Rəsmi məlumata görə, indiyədək Azərbaycanda 18 min 112 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 10 min 61 nəfər müalicə olunaraq sağalıb, 220 nəfər vəfat edib, 7 min 831 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Hökumət Bakı, Gəncə, Lənkəran, Sumqayıt da daxil olmaqla, bir sıra şəhər və bölgələrdə son iki həftədə sərt karantin tətbiq etsə də, koronavirusa gündəlik yoluxma halları 600-ə yaxındır, ölüm halları 6-8 arasındadır. Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin daha iki həftə uzadılmasını istisna etmir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG