Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:17

Postkovid sindromu


Böyük Britaniyada vaksinasiya növbəsi
Böyük Britaniyada vaksinasiya növbəsi

Rusiyada koronavirus infeksiyası keçirmiş pasientlər Səhiyyə Nazirliyinə ünvanlanmış petisiya üçün imza toplayırlar. Onlar postkovid sindromundan əziyyət çəkən insanlara köməklik göstərilməsini, onun müalicəsi üçün standartların hazırlanmasını tələb edirlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, COVID-19 keçirmiş hər onuncu insanda hətta xəstəlikdən 12 həftə sonra postkovid sindromu görülür. Yüz minlərlə insan hətta xəstəlikdən aylar sonra belə yorğunluq, iybilmə problemləri və digər pozuntulardan əziyyət çəkir.

Bəs postkovid sindromu nədir və ona ən çox kimlərdə rast gəlinir?

30 minlik icma

currenttime.tv yazır ki, iybilmə hissinin təhrif olunması, yaxud parosmiya uzun çəkən COVID-19-un, başqa sözlə, postkovid sindromunun əsas simptomlarından biridir. Keçmişdə jurnalist olmuş interyer dizayneri Yuliya Vlasenko Instaqram bloqunda və Telegram kanalında insanları postkovid simptomları barədə məlumatlandırır. Hazırda Telegram-dakı "Poslecovida" icmasının 30 min iştirakçısı var.

Postkovid sindromu artıq tibbi jurnallarda təsvir olunub və Xəstəliklərin Beynəlxalq Təsnifatına (XBT) daxil edilib. Hazırda dünyada 170 milyondan çox koronavirus halı təsdiqlənib. Bu o deməkdir ki, təqribən 17 milyon insan postkovid sindromundan əziyyət çəkə bilər. Əlbəttə, bu, çox kobud götürülmüş saydır.

"Postkovid sindromu bütün insanlar üçün ümumi bir hal deyil. O, müxtəlif sindromların çox sadə bir prinsiplə birləşdirilmiş kompleksidir. Bu prinsipsə ondan ibarətdir ki, bu əlamətlər həmin insanlarda əvvəldən olmayıb, COVID-dən sonra meydana gəlib", – immunoloq Nikolay Kryuçkov deyir.

Vaksin vurulur, bəs hökumət təsirini ölçürmü?
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

Simptomlar

Bəs ÜST postkovid sindromunun hansı simptomlarını göstərir? Yorğunluq, başağrısı, əzələ ağrıları, unutqanlıq, depressiya, uzunmüddətli öskürək, tənəffüs çətinlikləri, ürək döyüntülərinin tezləşməsi, ishal, qarın ağrısı, səpki, qızdırma tutmaları. Həkimin sözlərinə görə, hətta "xroniki COVID-19" anlayışı da var.

Nüfuzlu "The Lancet" tibb jurnalında postkovid sindromu ilə bağlı araşdırmanın nəticələri dərc edilib. Araşdırma COVID-19-u nisbətən yüngül keçirən xəstələr arasında aparılıb. Bu xəstələrdə virusun mövcudluğu təsdiqlənib, ancaq xəstəxanada yatmağa ehtiyac olmayıb. İlk mərhələdə 958 pasienti müşahidə ediblər. Xəstəliyin üstündən dörd ay keçmiş onlardan 442 nəfəri arasında sorğu keçirməyə nail olublar. Onların 9 faizə qədəri təngnəfəsliyin, 12 faizi iybilmə, 11 faizi isə dadbilmə pozğunluqlarının qaldığını deyib. Xəstələrin 10 faizi erkən yorğunluqdan şikayətlənib.

Xəstəliyi keçirmiş hər üçüncü şəxsdə (27.8 faizdə – 442 nəfərin 123-də) bu əlamətlərin ən azı biri görülüb. 252 adamdan 123-də bu əlamətlər hətta xəstəliyin üstündən yeddi ay keçmiş də qalırmış.

Virusun mənşəyi barədə hesabat hazırlanıb
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Həyat keyfiyyətinə, işə təsiri

Postkovid sindromu bir çoxlarının təkcə həyat keyfiyyətinə deyil, işinə də təsir edib. Məsələn, aşpaz Aleksandr məqalənin müəllifinə bildirib ki, COVID-19-dan sonra "yumurtadan güclü kükürd iyi, ətdən çürümüş qoxusu gəlir, soğansa sanki burunun selikli qişasını yandırır". "Mən heç nəyin dadına baxıb ərzağın xarab olub-olmadığını anlaya bilmirdim", – o deyib.

Bundan başqa, şərab sahəsində çalışan adamlar, məsələn, peşəkar somelyelər var. Onlar müsabiqələrdə iştirak edir, gözüyumulu sınaqlarda sadəcə qoxu və dadbilmə qabiliyyətlərinə güvənərək şərabın hansı sort və hansı regionda yetişdirilmiş üzümdən hazırlandığını deyə bilirlər. Ancaq COVID keçirmiş somelyelərin bir çoxu uzun müddət bunu edə bilmir.

Müalicəsi varmı

Bəs, postkovid sindromunu necə müalicə etməli? Hələlik, dünyada bununla bağlı tövsiyələr mövcud deyil. Rusiyanın Səhiyyə Nazirliyi ötən il xəstələrin reabilitasiyası ilə bağlı tövsiyələri təsdiqləsə də, onlar müvəqqəti olub. İndiyə qədər həkimlərin və xəstələrin heç də hamısı postkovid və onun simptomları haqda məlumatlı deyil.

"Bir-iki ildən sonra indikindən xeyli çox şey biləndə, ola bilsin ki, postkovid sindromunun ayrı-ayrı tipləri üçün spesifik bir müalicə üsulu yaranacaq. Ancaq bunun üçün vaxt lazımdır", - N.Kryuçkov deyib.

Hələliksə həkimlər və alimlər postkovid sindromunu öyrənməklə məşğuldur. Həkimlər xəstələrə öz bədənlərini və simptomlarını yaxından izləməyi və öyrənməyi tövsiyə edirlər. Postkovid sindromu uzun müddət davam edərsə, simptomlardan asılı olaraq müvafiq profil həkiminə - endokrinoloq, qastroenteroloq, nevroloq, yaxud psixiatra müraciət etmək lazımdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG