Keçmiş Ukrayna prezidenti Petro Poroshenkonun partiyası qarşıdan gələn parlament seçkisi ərəfəsində adını dəyişib.
“Petro Poroshenko bloku” partiyanın mayın 24-də keçirilən qurultayında “Avropa həmrəyliyi” partiyası adlandırılıb.
“Partiya və rəhbərliyin yenilənməsi birlik və qələbənin açarıdır”, Poroshenko mayın 31-də Kiyevdə keçirilən toplantıda deyib.
Qeyd edək ki, yeni Ukrayna prezidenti Vladimir Zelenski mayın 20-da keçirilən andiçmə mərasimində parlamenti buraxacağını və iyulda ölkədə vaxtındanəvvəl seçkisi keçiriləcəyini bəyan edib.
Amma seçkinin dəqiq vaxtı hələ ki, elan edilməyib.
Zelenski həmçinin yeni seçkinin ayrı-ayrı namizədlərin də iştirakı ilə yox, yalnız partiya siyahıları ilə keçirilməsini təklif edib.
O hesab edir ki, bir sıra ayrı-ayrı namizədlərin seçilməsinə yol açan mövcud sistem korrupsiyaya yol açır.
Amma mayın 22-də Ukrayna parlamentində keçirilən fövqəladə səsvermədə yalnız 92 deputat bu təklifə səs verdi.
Bu məsələnin gündəliyə çıxarılması üçünsə azı 226 səs lazım idi.
41 yaşlı Zelenski aprelin 21-də keçirilən seçkinin ikinci mərhələsində rəqibi və keçmiş prezident Petro Poroshenkoya qalib gəldi.