Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:44

Poroshenko BMT-ni Rusiyanı veto hüququndan məhrum etməyə çağırırb


Petro Poroshenko fevralın 20-də BMT Baş Assambleyasında çıxış edib
Petro Poroshenko fevralın 20-də BMT Baş Assambleyasında çıxış edib

Ukrayna prezidenti Petro Poroshenko BMT baş katibini ölkənin şərqində sülhməramlı missiya üçün təkliflərini irəli sürməyə çağırıb. O deyib ki, belə bir missiya oradakı münaqişənin sona çatdırılmasında “həlledici faktor” olardı.

Poroshenko fevralın 20-də, Nyu Yorkda BMT Baş Assambleyasındakı çıxışında bildirib ki, Ukrayna “aydın məqsədi Rusiya təcavüzünə son qoyulması və Ukraynanın suverenliyinin bərpa edilməsi” olacaq BMT mandatlı və çoxmillətli sülhməramlı missiyanı müzakirə etməyə hazırdır.

2014-cü ildə Krımı qanunsuz ilhaq etmiş Rusiya elə həmin vaxtdan Ukraynanın Donetsk və Luhansk vilayətlərinin böyük ərazilərinə nəzarət edən separatçılara dəstək verib.

2014 və 2015-ci ilin Minsk razılaşmaları əsasında elan edilmiş atəşkəs sazişinin olmasına baxmayaraq bu bölgədə döyüşlər ara vermir.

Ukrayna BMT sülhməramlılarının Ukrayna-Rusiya sərhədi boyunca da yerləşdirilməsini istəyir ki, separatçı bölgələrə Rusiyadan silah-sursat göndərilməsin.

Rusiya isə bəyan edib ki, Ukraynada yerləşdirilmiş ATƏT missiyasının mühafizəsi məqsədilə məhdud sülhməramlı missiyaya etiraz etmir.

Poroshenko Baş Assambleyaya müraciətində deyib ki, BMT baş katibi Antonio Guterres müzakirə oluna biləcək “dəqiq variantların təklif edilməsi” məqsədilə şərqi Ukraynaya fakttoplama missiyası göndərməlidir.

Martın 31-də keçiriləcək prezident seçkilərində ikinci müddət üçün mübarizə aparmağa hazırlaşan Poroshenko Rusiyanı “elan olunmamış müharibədə” ittiham edib.

O habelə “Rusiyanın Ukrayanaya qarşı təcavüzü” məsələsi müzakirə olunarkən Rusiyanın veto hüququndan məhrum edilməsinə çağırıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG