Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 08:12

Poroshenko Moskvanı məhkəməyə verməyə hazırlaşır


Petro Poroshenko
Petro Poroshenko

Ukrayna prezidenti Petro Poroshenko Donbasda Moskva tərəfindən dəstəklənən separatçıların ölkəyə vurduğu ziyana görə, habelə Krım yarımadasının qanunsuz ilhaqı ilə bağlı Rusiyaya qarşı məhkəmə iddiası hazırlayacaq qurumun yaradılmasına sərəncam verib.

Prezident avqustun 1-də Facebook səhifəsində yazıb: "Rusiyanın davam edən silahlı təcavüzü Ukrayna torpağına hər gün yeni, ölçüyəgəlməz insan iztirabları gətirir, infrastruktur dağıdılıb, Donbas və Krımın müəssisə və iqtisadi potensialı məhv edilib”.

Poroshenko yazır ki, məhz buna görə də Ukrayna Rusiyadan bu dağıntılar üçün haqq-hesab sormaqda bir an da tərəddüd etməməlidir.

Prezident bildirib ki, o bu məqsədlə yanvar ayında qəbul edilmiş reinteqrasiya qanununun əsasında nazirliklərarası qurumun tez bir zamanda yaradılmasına sərəncam verib.

Onun sözlərinə görə qanun “Ukraynanın sülhə sadiqliyini və işğal edilmiş regionun dinc reinteqrasiyasına dair mənim idealogiyamı ehtiva edir”.

Moskvanın Krımı ilhaq etməsi, habelə şərqi Ukraynada separatçılara silahlı dəstək verməsi ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları ilə nəticələnib.

Moskva Ukraynanın daxili işlərinə qarşıdığını israrla inkar etsə də, Beynəlxalq Cinayətlər Məhkəməsi 2016-cı ilin noyabrında münaqişənin Ukrayna və Rusiya Federasiyası arasında baş verdiyini təsdiqləyən hökm çıxarıb.

Buna baxmayaraq Ukraynanın Rusiyaya qarşı məhkəmə iddiasının nə dərəcdə səmərəli olacağını söyləmək çətindir.

Kiyev bundan əvvəl bir sıra beynəlxalq qurumlar qarşısında Moskvaya qarşı uğursuz iddialar qaldırıb.

Moskva bu cür iddiaları “əsassız və siyasi motivli” adlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG