Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Poroşenko Rusiyanı ‘dünya hibrid müharibəsi’ aparmaqda ittiham edib


Ukrayna prezidenti Petro Poroşenko deyib ki, Rusiya “dünya hibrid müharibəsi” aparır.

Fevralın 16-da Münhen Təhlükəsizlik Konfransında çıxış edən Poroşenko Qərbi Rusiyanın Ukraynada həyata keçirdiyi ekspansionizmə görə Moskvanın üzərinə təzyiqləri artırmağa çağırıb.

O bildirib ki, Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi və Ukraynanın şərqində silahlı separatçıları dəstəkləməsi Qərbin liberal demoktratik dəyərələri üzərinə genişmiqyaslı hücuma çevrilir.

Poroşenko Rusiyanı dünya boyunca həm ifrat solçu, həm də ifrat sağçı partiyaları dəstəkləməkdə, habelə Ukraynada və Qərbdə ixtilaf toxumu səpmək məqsədilə internet “trolları ordusu” yaratmaqda və dezinformasiya yaymaqda ittiham edib.

O beynəlxaql icmanı, əgər Rusiya Krımdan çıxmazsa və Kremlin dəstəklədiyi separatçılarla Ukrayna hökumət qoşunları arasındakı müharibənin dayandırlmasına dair beynəlxalq səviyyədə qəbul edilmiş razılaşmaları yerinə yetriməzsə, Moskvanın üzərindəki sanksiyaları daha da sərtləşdirməyə çağırıb.

İngiliscə çıxış edən Poroşenko deyib ki, “sanksiyalar işləyir”.

Belə görünür ki, Ukraynada yaranmış gərgin vəziyyət fevralın 16-da işə başlamış Münhen Konfransında başlıca müzakirə mövzularından biri olacaq.

Bu konfransın kuluarlarında Ukrayna və Rusiya xarici işlər nazirləri Pavlo Klimkin və Sergey Lavrovun danışıqlar aparcağı gözlənilir.

Onlar şərqi Ukraynaya beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi məsələsini də müzakirə etməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG