Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:23

Poroshenko-nun deputat toxunulmazlığının alınması istənir


Petro Poroshenko
Petro Poroshenko

Ukraynanın Dövlət Təhqiqatlar Bürosu ölkənin Baş Prokurorluğuna keçmiş prezident Petro Poroshenko-ya dair şübhələrini ifadə edən məktub göndərib.

Dövlət bürosu söhbətin cinayət işindən getdiyini bildirir. Müstəntiqlər deyirlər ki, keçmiş prezident konstitusiya quruluşunun devrilməsinə çağırışda və hakimiyyətdən sui-istifadədə şübhəli bilinir.

Büro Baş Prokurorluqdan Poroshenko-nun deputat toxunulmazlığından məhrum edilməsi üçün Dövlət Radasına müraciət edilməsini rica edir.

Ukrayna qanunvericiliynə görə ölkədə deputat toxunulmazlığının ləğvinə dair qanun 2020-ci il, yanvarın 1-dən qüvvəyə minməlidir.

Poroshenko-nun “Avropa Həmrəyliyi” partiyasının mətbuat xidməti bildirib ki, “Rusiyanın sifarişi olan bu şübhələrdən məqsəd beşinci prezidentin reputasiyasına zərbə vurulması, habelə onun bi sıra xarici səfər və görüşlərinin qarşısının alınmasıdır”.

Petro Porosheno-nun özü isə bu ittihamları “ağlasığmaz axmaqlıq” adlandırıb və əlavə edib ki, ona qarşı işin heç bir siyasi çəkisi yoxdur.

Keçmiş prezident bildirib ki, bu xəbəri eşidəndə Türkiyədə idi, amma səfərini qorxmadığını göstərmək üçün yarımçıq kəsərək qayıdıb.

Poroshenko-nun sözlərinə görə ona qarşı təhqiqata başlanmasının təşəbbüsçüsü Viktor Yanukovych-in keçmiş komandasıdır.

Bundan əvvəl Dövlət Təhqiqatlar Bürosu Poroshenko-ya aidiyyəti olan 13 cinayət işinin mövcud olduğunu bildirmişdi.

Vəkillər deyirlər ki, bəzi epizodlar üzrə deputatın prosessual statusu yoxdur.

Ukrayna mediası diqqəti belə bir məqama çəkir ki, Poroshenko-ya qarşı işlərə Volodymyr Zelenskiy prezident seçiləndən sonra başlanıb.

Bu da qeyd olunur ki, bu işlərdən bəzilərinin təşəbbüsü keçmiş moskvayönlü prezidnet Yanukovych-in administrasiya rəhbərinin müavini Andrey Portnovdan gəlir.

O habelə indiki prezidentin administrasiya rəhbəri Andrey Bogdan-la tanışdır.

Poroshenko bəyan edib ki, o məsuliyyətdən və mümkün cinayət təqibindən qorxmur.

Onun sözlərinə görə Portnov Dövlət Təhqiqatlar Bürosuna təsir göstərib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG