Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Pompeonun Ukraynaya səfəri ‘İranla bağlı’ təxirə salınıb


Mike Pompeo
Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo İraq və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı özünün Ukrayna, Belarus və iki Mərkəzi Asiya ölkəsinə səfərlərini təxirə salıb.

ABŞ Dövlət Departamenti yanvarın 1-də bu bəyanatı verərkən İraq paytaxtı Bağdadda ABŞ səfirliyinə qaragüruhun hücumu davam edirdi.

ABŞ bu hücumun İraqdakı iranyönlü yaraqlılar tərəfindən təşkil edildiyini bildirib.

ABŞ müdafiə rəsmiləri bildirirlər ki, dekabrın 31-də başlanmış və yanvarın 1-də səngimiş bu insidentlə bağlı Vaşinqton regiona daha çox qoşun göndərmək qərarına gəlib.

ABŞ prezidenti Donald Trump da daxil rəsmilər Amerika səfirliyinə hücumun İran tərəfindən qızışdırıldığını bildriblər.

Pompeonun Ukraynaya səfəri yanvarın 3-nə nəzərdə tutulmuşdu.

Bu Vaşinqtonda Trump-ın impiçment prosesinin davam etdiyi bir vaxtda yüksək vəzifəli ABŞ rəsmisinin Kiyevə ilk səfəri olmalıydı.

Pompeo Ukraynadan sonra Belarus, Qazaxıstan, Özbəkistan və Kiprə səfər etməliydi.

Lakin rəsmi bəyanata görə dövlət katibinin səfəri “onun Vaşinqtonda qalmasını tələb edən situasiyaya görə” təxirə salınınıb.

Dövlət Departamentinin sözçüsü Morgan Ortagus deyib ki, söhbət “amerikalıların Yaxın Şərqdə təhlükəsizliyinin təmin edilməsindən” gedir.

Sözçü deyib ki, dövlət katibinin təxirə salınan səfərləri tezliklə başqa tarixlərə keçiriləcək.

Bağdaddakı ABŞ səfirliyinə hücum zamanı Amerika rəsmilərindən heç birinə xəsarət yetirilməyib.

Rəsmilər bildirirlər ki, ABŞ İraqdakı səfirliyi evakuasiya etmək niyyətində deyil.

Buna baxmayaraq İraqda ABŞ-ın bütün konsulluq fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG