Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:31

Pompeo və Lavrov Vensuelaya görə qarşılıqlı ittiham səsləndiriblər


Rusiyanın xarici işlər naziri Sergei Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompeo
Rusiyanın xarici işlər naziri Sergei Lavrov (solda) və ABŞ dövlət katibi Mike Pompeo

Mayın 1-də ABŞ dövlət katibi Mike Pompeo və Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasında Venesuelaya dair telefon danışığı olub.

Söhbət zamanı Lavrov onun təbirincə deyilsə, ABŞ-ın Venesueladakı “aqressiv addımlarını” pisləyib.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Vaşinqtonun suveren dövlətin daxili işlərinə qarışması və onun rəhbərliyini hədələməsi beynəlxalq qanunların kobud pozulmasıdır”.

Bəyanatda daha sonra deyilir ki, bu “aqressiv addımların davam etdirilməsi sərt nəticələrlə üzləşəcək”.

ABŞ Dövlət Departamentinin bəyanatında isə bildirilir ki, Mike Pompeo Sergei Lavrovla telefon danışığı zamanı Moskvaya qarşı əks-ittihamlarla çıxış edib.

O deyib ki, “Rusiyanın və Kubanın müdaxiləsi Venesueladakı vəziyyətə, habelə ABŞ-Rusiya ikitərəfli münasibətlərinə mənfi təsir göstərəcək”.

Pompeo Rusiyanı Nicolas Maduroya dəstəyini dayandırmağa və şimal yarımkürəsinin Venesuela xalqı üçün daha yaxşı gələcək istəyən əksər ölkələrinin cərgəsinə qoşulmağa çağırıb.

Hazırda Rusiya, İran, Çin və Kuba Venesuelada hakimiyyətini qoruyub saxlamağa çalışan Maduronu dəstəkləyirlər.

Venesuela ilə əhəmiyyətli iqtisadi bağları olan Rusiya bu ölkəyə ötən mart ayında 100-dək hərbçini daşıyan təyyarələr göndərib.

ABŞ hökuməti bunların arasında xüsusi təyinatlı qüvvələrin və kibertəhlükəsizlik ekspertlərinin olduğuna inanır.

ABŞ müharibəyə hazırlaşmır

Habelə mayın 1-də Pentaqon nümayəndəsi Konqres üzvlərinə məlumat verib ki, Müdafiə Nazirliyi Venesuela ilə bağlı müharibəyə başlamaq əmri almaylıb və həllik diplomatik səyləri dəstəkləyir.

ABŞ hərbiyyəsinə münaqişəyə hazırlaşmaq barədə təlimatın verilib-verilmədiyi barədə suala cavab verən müdafiə nazirinin beynəlxalq təhlükəsizlik işləri üzrə müavin əvəzi Kathryn Wheelbarger Konqresin Silahlı Qüvvələr Komitəsinə deyib ki, nazirlik mümkün plan və variantları daim əl altında saxlayır.

Bununla belə o əlavə edib ki, indiki halda Konqresdə müzakirə olunan məsələ barəsində konkret əmr verilməyib.

Başqa bir Konqres dinləməsində ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Joseph Dunford deyib ki, “biz hazırda Venesuelada baş verənlər barədə mümkün kəşfiyyat məlumatlarını toplayır və müşahidə aparırıq”.

General əlavə edib ki, lazım gələrsə, bu istiqamətdə ABŞ prezidentinə dəstək verilməsinə hazırdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG