Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 02:31

Pompeo ‘hücuma cavabı’ müzakirə etmək üçün Səudiyyəyə gedir


Mike Pompeo
Mike Pompeo

Vise-prezident Mike Pence deyib ki, “ABŞ hərbiyyəsi müttəfiqlərin maraqlarını müdafiə etməyə hazırdır”.

O habelə dövlət katibi Mike Pompeonun Səudiyyə Ərəbistanına yollandığını deyib. Pence bildirib ki, Pompeo ora ötən həftəsonu Səudiyyənin neft qurğuları üzərinə hücuma “bizim cavabımızı müzakirə etmək” üçün gedir.

Sentyabrın 17-də Vaşinqtondakı Heritage Foundation analitik mərkəzində etdiyi çıxışında Pence bildirib ki, ABŞ hazırda bu hücumun arxasında İranın dayandığına işarə edən sübutları nəzərdən keçirir.

Onun sözlərinə görə, prezident Donald Trump “qarşıdan gələn günlərdə ən düzgün hərəkətə” keçməzdən əvvəl müttəfiqlərlə məsləhətləşəcək.

Adları çəkilməyən ABŞ rəsmiləri Səudiyyənin neft mədənlərindən birinə və dünyanın ən böyük neft emalı zavoduna sentyabrın 14-də edilmiş hücumun İranın cənubundan qaynaqlandığını bildiriblər.

Onlar habelə deyiblər ki, bu hücumda həm raketlərdən, həm də dronlardan istifadə olunub.

İran bu hücumla hər hansı əlaqəsini inkar edir və bu hücuma görə məsuliyyəti öz üzərlərinə Yəməndəki şiə hutilər götürüblər.

Hücum nəticəsində günə 5.7 milyon barrel neftin hasilatı mümkün olmayıb.

Mike Pence deyib ki, əgər Tehran bu hücumu onun üzərindəki sanksiyaların yüngülləşdirilməsi məqsədilə Trump-a təzyiq göstərmək üçün edibsə, bu strategiya iflasa uğrayacaq.

İranın xarici işlər naziri Mohammad Javad Zarif sentyabrın 17-də yazıdğı tvitdə qeyd edir ki, “əgər ABŞ yəmənlilərin ən pis cinayətlərlə müşayiət olunan dörd il yarımlıq müharibəyə cavab verməyəcəyini düşünübsə, səhv edib”.

Səudiyyə Ərəbistanı 2015-ci ildən bəri Yəməndəki qiyamçı şiə hutilərə qarşı zərbələr endirən beynəlxalq koalisiyaya başçılıq edir.

Bu arada Səudiyyə Ərəbistanının enerji naziri şahzadə Abdulaziz bin Salman deyib ki, hücum nəticəsində kəsilən hasilatın yarısı artıq bərpa olunub.

O bildirib ki, bu ay ərzində hasilat gündə 11 milyon barrelə çatacaq, halbuki bu rəqəm hücumdan əvvəl 9.6 milyon barrel idi

Ötən həftə Ağ Ev prezident Trump-ın Nyu Yorkda keçiriləcək BMT Baş Assambleyasında İran prezidenti Hassan Rohani ilə görüşə biləcəyinə işarə etmişdi.

Lakin Trump sentyabrın 17-də deyib ki, o görüşməməyə üstünlük verir:

“Mən onların danışıqlara hələ hazır olduqlarını düşünmürəm, amma onlar buna hazır olacaqlar”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG