Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:08

Pompeo Rusiyada AzadlıqRadiosunun təqibindən narahatdır


ABŞ dövlət katibi Mike Pompeo
ABŞ dövlət katibi Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo deyib ki, Vaşinqton Rusiyanın bu öklədəki xarici medianın fəaliyyətinə yeni əngəllər törətmək cəhdlərindən “dərin narahatlıq” hissi keçirir.

Avqustun 10-da verdiyi bəyanatda Pompeo deyib ki, Rusiya media tənzimləyicisinin yeni qaydalar layihəsində Azad Avropa/AzadlıqRadiosu və Amerikanın səsi üzərinə “yeni ağır tələblərin” qoyulması nəzərdə tutulur.

Bu media qurumları yeni qaydalar olmadan belə Rusiyada “əhəmiyyətli və lüzumsuz məhdudiyyətlər” şəraitində işləyir.

ABŞ dövlət katibi bu barədə deyib:

"Biz Rusiyada müstəqil mətbuat üzərinə davam edən basqıdan narahat olaraq qalırıq və Rusiyanı ifadə azadlığına dair ATƏT qarşısında götürdüyü öhdəliyə əməl etməyə çağırırıq.”

Ağır cərimələr və hətta həbs

Rusiyanın federal media tənzimləyicisi Rozkomnadzor iyul ayında özünün yeni qaydalarının layihəsini təqdim edib.

Bu sənəd “xarici agent” kimi qeydiyyatdan keçmiş bütün medialardan yaydıqları materiallarda bu statuslarını göstərmələrini icbari edir.

Yeni qaydalar xaricdən maliyyələşən mediaları “xarici agent” elan edən 2017-ci il qanununa əlavə edilməlidir.

Bu qanun qəbul edildikdən sonra Rusiyanın Ədliyyə Nazirliyi Amerikanın səsi, AzadlıqRadiosu və Current Time layihəsini “xarici agent” kimi qeydiyyatdan keçirib.

Yeni qaydaların pozulmasına görə fərdlər üçün 100 min rubl (1400 dolalr) cərimə və ya 15 sutkalıq həbs nəzərdə tutulur.

Təşkilatlar 5 milyon rubladək (70 min dollar) cərimə oluna bilərlər.

AzadlıqRadiosunun prezident əvəzi Daisy Sindelar iyulun 23-də demişdi ki, yeni qaydalardan məqsəd Rusiyada mətbuat azadlığını daha da məhdudlaşdırmaq və auditoriyaları qorxu altında saxlamaqdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG