Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Pompeo BMT-nin təhlükəsizlik şurasında Rusiya ilə Çini tənqid edib


Mike Pompeo
Mike Pompeo

BMT-nin təhlükəsizlik şurası Venesueladakı vəziyyəti müzakirə edir.Rusiyanın etirazına baxmayaraq iclasın gündəliyi təsdiqlənib.

Bu barədə yanvarın 26-da Reuters agentliyi məlumat yayıb.

Rusiya hesab edir ki, Venesueladakı vəziyyət beynəlxalq sülhə və təhlükəsizliyə əngəl törətmir.

"Əgər sülhə hansısa təhlükə varsa, o da ABŞ və onun müttəfiqlərinin Venesuelada qanuni yolla seçilmiş prezidentin devrilməsinə yönəlmiş təcavüzkar hərəkətidir", Risiyanın BMT-ki elçisi Vassily Nebenzia deyib

.ABŞ Dövlət katibi Mike Pompeo Rusiyanın nümayəndəsinə cavab verərkən deyib ki, yaranmış vəziyyətin özü və onun bütün regiona mümkün təsiri beynəlxalq aləmin diqqətində olmalıdır.

Pompeo çıxışında Venesueladakı ağır iqtisadi vəziyyətdən danışıb, buna görə cavabdehliyi Nicolas Moduro və onun hökumətinin üzərinə atıb.Dövlət katibi həmçinin Venesuelada insan haqlarının pozulmasına toxunub.

O, bütün ölkələri Venesuelada dinc siyasi keçidi və Moduronun rəqibi Juan Guaido-nu bu prosesdə rolunu dəstəkləməyə çağırıb.

Pompeo həmçinin Venesuela prezidenti Moduronu dəstəklədiklərinə görə Rusiya ilə Çini pisləyib.

Rusiya, Çin, Cənubi Avrika və Ekvatorial Qvineya, Venesuela milli assambleyasının "demokratik yolla seçilmiş vahid dövlət institutu "olmasına tam dəstək ifadə edən bəyanatı bloklayıblar.

Bu 4 ölkə, həmçinin məsələ ilə bağlı BMT təhlükəsizlik şurasının iclasının əlehyinə səs veriblər.

Venesuela Milli Assambleyanın rəhbəri, "Moduronun rəqibi" Juan Guaido yanvarın 23-də özünü müvəqqəti prezident elan edib.

ABŞ, Kanada və əksər Latın Amerikası ölkələri onun prezidentliyini tanıyıblar.

Rusiya,Çin,Türkiyə, İran, Kuba, Boliviya və Nikaraqua isə Maduronu dəstəkləyirlər.

Venesuelanın şəhərlərində kütləvi nümayişlər davam edir.

BMT-nin insan haqları üzrə idarəsinin rəhbəri Michelle Bachelet toqquşmalar zamanı ölüm halları və həbslərin artmasından narahatlıq bildirib.

Məlumata görə, indiyədək baş verən toqquşmalarda 10-dan çox adam ölüb.

Bachelet Maduronu rəqibləri ilə danışıqlara getməyə çağırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG