Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:11

Lavrov və Pompeo arasında telefon söhbəti olub


ABŞ dövlət katibi Mike Pompeo
ABŞ dövlət katibi Mike Pompeo

Rusiyanın xarici işlər naziri Sergei Lavrov və ABŞ-ın dövlət katibi Mike Pompeo arasında telefon söhbəti olub. Bu, Pompeo aprelin 26-da dövlət katibi vəzifəsinə başlayandan bəri iki rəsmi arasında ilk təmasdır.

ABŞ Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert deyib ki, Lavrov və Pompeo ABŞ-Rusiya münasibətlərində “narahatlıq doğuran məsələləri” müzakirə ediblər.

Nauert bunu da əlavə edib ki, Ukrayna və Suriyadakı münaqişələr bu söhbətin mövzularından biri olub.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Ukrayna və Suriya münaqişələrinin müzakirəsi zamanı başlıca diqqət Ukraynadakı müharibənin 2015-ci il Minsk razılaşmaları əsasında başa çatdırılmasına yönəlib.

Nauert deyib ki, Pompeo Lavrova Vaşinqtonun Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətini ifadə edib.

Lakin Pompeo rusiyalı həmkarına bunu da xatırladıb ki, iki ölkə arasında daha yaxşı münasibətlərin əldə olunması üçün “Moskva ABŞ-ın narahatlığına səbəb olan məsələlərdə konkret addımlar atmalıdır”.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Lavrov və Pompeo prezidentlər Putin və Trump arasında telefon söhbətləri zamanı irəli sürülmüş məqsədlərə çatılması üçün birgə işləməyin mühümlüyü barədə razılığa gəliblər.

Bəyanatda bildirilir ki, burada başlıca məqsəd “movcud fikir ixtilaflarının peşəkar dialoq vasitəsilə müzakirə olunmasıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG