Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

Pompeo Sentsov-un, Lavrov isə Butinanın ‘dərhal’ azad edilməsinə çağırıb


Kiyevdəki Rusiya səfirliyi qarşısında Sentsovun azad olunmasını tələb edən aksiya
Kiyevdəki Rusiya səfirliyi qarşısında Sentsovun azad olunmasını tələb edən aksiya

ABŞ dövlət katibi Mike Pompeo Birləşmiş Ştatların Rusiyaya ukraynalı yazıçı və rejissor Oleh Sentsovun dərhal azad edilməsinə dair çağırışını bir daha təkrar edib. Sentsov yüz gündən artıqdır ki, aclıq aksiyasını davam etdirir və onun vəziyyətinin kritik olduğu xəbər verilib.

ABŞ Dövlət Departamentinin sözçüsü xanım Heather Nauert avqustun 23-də Pompeo-nun Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon söhbəti barədə məlumat verərkən deyib: “Dövlət katibi Sentsovun səhhəti barədə narahatlığını ifadə edib və Rusiyanı bütün ukraynalı siyasi məhbusların dərhal azad edilməsinə çağırıb”.

Rusiya XİN Pompeo-nun Sentsov məsələsini qaldırdığını təsdiq edib və bildirib ki, Lavrov Pompeo-ya “vəziyyəti izah edib”.

Rusiyanın 2014-cü ildə Krım yarımadasını ilhaq etməsini açıq şəkildə pisləyən Sentsov 2015-ci ildə terror aktları hazırlamaqda ittiham edilərək Rusiya məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiyanın şimalında yerləşən Yamalo-Nenes regionundakı Labıtnangi cəzaçəkmə koloniyasında saxlanan Sentsov may ayından bəri aclıq aksiyası keçirir. O Rusiyada saxlanan 64 Ukrayna vətəndaşının siyasi məhbus olduqlarını deyir və onların azad olunmasını tələb edir.

Rusiya hakimiyyət orqanları Oleh Sebtsovun səhhətinin kəskin pisləşməsinə və Qərb ölkələrinin təzyiqlərinə rəğmən rejissoru azad etməkdən boyun qaçırır.

Avqustun 21-də ABŞ Dövlət Departamenti Sentsovun aclıq aksiyasının 100-cü günü münasibətilə “dərin narahatlıq” ifadə edən bəyanat verib.

https://www.state.gov/r/pa/prs/ps/2018/08/285266.htm

Rusiyanın Xarici İşlər Nazirliyi bildirir ki, Pompeo ilə telefon söhbətində Sergey Lavrov ABŞ-da saxlanan Rusiya vətəndaşı Maria Butinaya qarşı ittihamlara son qoyulmasına və onun “dərhal” azad olunmasına çağırıb.

Butina indiyədək ona qarşı irəli sürülmüş bütün ittihamları rədd edir. Bu ittihamlardan birinə görə Butina ABŞ Milli Silah Assosiasiyası da daxil Birləşmiş Ştatların siyasi dairələrinə filrtasiya etməkdə günahlandırılır. ABŞ bildirir ki, Butina Moskvadakı yüksək rütbəli rəislərinə kəşfiyyat məlumatları ötürürdü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG