Keçid linkləri

2024, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 00:00

ABŞ Krımın ilhaqını tanımadığını rəsmən bəyan edir


Mike Pompeo
Mike Pompeo

Birləşmiş Ştatlar Rusiyanın Ukraynanın Krım yarımadasını ilhaq etməsini rədd edən rəsmi siyasət xəttini qəbul edib.

Bu siyasəti elan edərkən ABŞ-ın dövlət katibi Mike Pompeo, Moskvanın “demokratik dövlətlər tərəfindən paylaşılan beynəlxalq prinsipiin sarsıdılmasına” çalışmasını kəskin tənqid edib.

Pompeo bu bəyanatı iyulun 25-də Senatın Xarici Əlaqələr Komitəsində ifadə verməzdən əvvəl səsləndirib.

Bundan əvvəl prezident Donald Trump və onun administrasiyasının verdiyi ziddiyyətli bəyanatlar Vaşinqtonun Rusiyaya münasibətdə 2014-cü ildən bəri yürütdüyü siyasəti qüvvədə saxlayıb-saxlamayacağına dair narahatlıq yaradıb.

Pompeo iyulun 25-də verdiyi “Krım bəyannaməsi” adlı bəyanatında bildirib: “Birləşmiş Ştatlar Kremlin beynəlxalq qanunlara zidd olaraq zorla ələ keçirdiyi ərazi üzərində suverenlik iddialarını rədd etdiyini bir daha təsdiqləyir”.

Krım bəyannaməsində deyilir: “Birləşmiş Ştatlar müttəfiqləri, partnyorları və beynəlxalq icma ilə birlikdə Rusiyanın Krımı ilhaq etməsini tanımadığını və bu siyasəti Ukraynanın ərazi bütövlüyü bərpa olunanadək davam etdirəcəyini bildirir”.

Moskvanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq etməsi beynəlxalq birlik tərəfindən pislənib.

Rusiya bunun ardınca Ukraynanın şərqindəki moskvayönlü separatçıları dəstəkləməklə beynəlxalq qanunları bir daha pozub.

Krımın ilhaqının tanınmaması bundan əvvəlki prezident Barack Obama administrasiyasının da əsas siyasi xətti olub.

İndi Mike Pompeo-nun bəyanatı ilə bu siyasi xəttin qüvvədə qalması rəsmən təsdiq edilib.

XS
SM
MD
LG