Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:51

Pompeo Rusiyanı qoşunlarını Gürcüstandan çıxarmağa çağırır


ABŞ dövlət katibi Mike Pompeo (sağda) və Gürcüstanın baş naziri Giorgi Kvirikashvili mayın 21-də Vaşinqtonda görüşüblər
ABŞ dövlət katibi Mike Pompeo (sağda) və Gürcüstanın baş naziri Giorgi Kvirikashvili mayın 21-də Vaşinqtonda görüşüblər

ABŞ dövlət katibi Mike Pompeo Mayın 21-də Rusiyanı Gürcüstandan qopmuş separatçı bölgələrdən qoşunlarını çıxarmağa çağırıb.

O habelə Gürcüstana ABŞ-ın “daha dərin təhlükəsizlik və iqtisadi dəstəyini” bildirib:

“Birləşmiş Ştatlar birmənalı şəkildə Rusiyanın Gürcüstan torpağını işğal etməsini pisləyir. Rusiyanın Gürcüstana zorakı müdaxiləsi beynəlxalq sülh və təhlükəsizliyin aşkar pozulmasıdır”.

Dövlət katibi bu bəyanatı Vaşinqtonda keçirilən illik ABŞ-Gürcüstan Starteji Tərəfdaşlıq sammitində verib.

2008-ci ildə qısamüddətli müharibənin ardınca Rusiya qoşunları Gürcüstandan qopmuş separatçı Abxaziya və Cəbunui Osetiya bölgələrində yerləşdirilib.

Moskvanın Gürcüstana hücumunun ardınca Abxaziya və Cənubi Osetiya müstəqilliklərini elan ediblər. Bu iki separatçı bölgənin müstəqillyi Moskvadan başqa bir neçə ölkə tərəfindən tanınıb.

Pompeo habelə deyib ki, Vaşinqton son nəticədə Gürcüstanın NATO-ya daxil olmasını dəstəkləyir.

Gürcüstan baş naziri Giorgi Kvirikashvili görüşdən sonra deyib ki, Rusiya qoşunlarının ölkə ərazisindən sülh yolu ilə çıxarılması Gürcüstan və regionda sabitliyinin bərqərar edilməsinin ali məqsədidir.

Kvirikashvili habelə bildirib ki, Gürcüstanın NATO-da üzvlüyü “Avroatlantika təhlükəsizliyi üçün töhfə olardı”.

NATO 2008-ci ildə Gürcüstanın üzvlüyünə razı olduğunu bildirib.

Kvirikashvili habelə deyib ki, ABŞ-ın Gürcüstandakı infrastruktur layihələrində iştirakı bölgəyə iqtisadi investisiyaların cəlb olunmasına kömək edəcək. Belə layihələrdən biri də Qara dəniz sahilində dərin su limanının tikintisidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG