Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 15:35

Əfqanıstan prezidenti Trump-ın bəyanatını çözməyə çalışır


Prezident Ghani general Dunfordla iyulun 25-də görüşüb
Prezident Ghani general Dunfordla iyulun 25-də görüşüb

ABŞ-ın dövlət katibi Mike Pompeo və Əfqanıstan prezidenti Ashraf Ghani bu ölkədəki müharibəyə son qouylması üçün “səylərin artırılması” barədə razılığa gəliblər.

Bu barədə ABŞ Dövlət Departamentinin iyulun 25-də verilmiş bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, Pompeo və Ghani telefonla danışıblar.

Ghani Pompeodan ABŞ prezidenti Donald Trump-ın bu həftənin əvvəllərində verdiyi bəyanata aydınlıq gətirməsini istıəyib.

Trump demişdi ki, o Əfqanıstandakı müharibəni bir həftəyə qurtara bilər, amma “10 milyon insanın ölməsini istəmir”.

Bunun cavabında Pompeo Ghani-ni əmin edib ki, Trump-ın Cənubi Asiya siyasətində heç bir dəyişiklik yaranmayıb.

Pompeo Ghani-yə deyib ki, ABŞ Birləşmiş Qərargahlar Komitəsinin başçısı general Joseph Dunford və ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Khalilzad müharibənin dayandırılması ilə bağlı növbəti addımların müzakirəsi üçün Kabula göndəriliblər.

ABŞ Dövlət Departamentinin bəyanatında deyilir ki, prezident Ghani sabit, dinc və demokratik Əfqanıstanın bərqərar olması üçün ABŞ-la birgə işə sadiq qaldığını təsdiqləyib.

Son günlərdə Əfqanıstan boyunca hücumlarda 50 nəfər həlak olub.

XS
SM
MD
LG