Keçid linkləri

Təcili xəbərlər
2020, 23 Fevral, bazar, Bakı vaxtı 18:19

Pompeonun Qazaxıstandan xahişi: Çindən qaçıb gəlmək istəyənlərə sığınacaq verin


Mike Pompeo Nur-Sultanda, 1 fevral 2020

Nur-Sultana səfəri zamanı ABŞ-ın Dövlət katibi Mike Pompeo qohumları Sincandakı "xüsusi islah düşərgələri"ndə saxlanılan Çindən olan etnik qazax ailələri ilə görüşüb.

Pompeo Qazaxıstanı Çinin Sincan əyalətindən gələn etnik azlıqlara sığınacaq verməyə çağırıb.

«Biz sizdən xahiş edirik Çindən qaçıb gəlmək istəyənlərə təhlükəsiz sığınacaq verin" deyə Pompeo Qazaxıstanın xarici işlər naziri Mukhtar Tleuberdi ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Qazaxıstana səfəri zamanı Pompeo ölkə prezidenti ilə yanaşı keçmiş prezident Nursultan Nazarbayevlə də görüşəcək.

Bundan əvvəl Pompeo Belarus və Ukraynada səfərdə olub. Fevralın 2-i günün ikinci yarısı Pompeo-nun Özbəkistana səfəri planlaşdırılır.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG