Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Pompeo deyib ki, Trump Əfqanıstandakı qoşunların azaldılmasını istəyir


Mike Pompeo
Mike Pompeo

ABŞ-ın dövlət katibi Mike Pompeo deyib ki, prezident Donald Trump 2020-ci ildə Birləşmiş Ştatlarda keçiriləcək növbəti prezident seçkisinədək Əfqanıstanda döyüşən ABŞ və müttəfiq qoşunlarının sayının azaldılmasını istəyir.

Pompeo bu bəyanatı iyulun 29-da ABŞ-ın qeyri-mənfəət Vaşinqton Klubunun xarici siyasətə dair keçirdiyi tədbirdə deyib.

Bu barədə suala cavab verən Pompeo deyib ki, prezidentin ona verdiyi göstəriş məhz Əfqanıstandakı qoşunların sayının azaldılmasını nəzərdə tutur:

"O bunu çox birmənalı ifadə edib: sonsuz müharibəyə son qoymaq və…qoşunların sayını azaltmaq. Bu təkcə bizim qoşunlara aid edeyil. Biz ümid edirik ki, bütünlükdə regionda döyüşən qoşunlara ehtiyac azalacaq”.

Trump-ın 2017-ci ildə açıqladığı Cənubi Asiya strategiyası ABŞ qoşunlarının başlıca funksiyasının Talibanın danışıqlara məcbur edilməsi olduğunu nəzərdə tutur.

Pompeo deyib ki, Talibanla danışıqlarda “real tərəqqi” əldə olunub:

"Mən vaxt müddətləri qoymaq istəmirəm, lakin nikbinəm. Biz Talibanla danışıqlar aparmaqla kifayətlənmirik. Bu, medianın yaydığı məlumatlardır. Məsələnin məğzi bundadır ki, biz bütün əfqanlarla danışırıq”.

AzadlıqRadiosunun yazdığına görə Pompeonun bu bəyanatları Əfqanıstandakı ABŞ qoşunlarının 2020-ci ilədək azaldılması üçün Trump-ın Talibanla Əfqanıstan hökumətinin mövqeyindən asılı olmayaraq iztənilən sazişə razı olduğuna dəlalət edir.

Bu həftə ABŞ rəsmiləri Qətərdə Taliban nümayəndələri ilə danışıqların növbəti raunduna hazırlaşırlar.

Tənqidçilər bildirirlər ki, Trump-ın Əfqanıstandakı qoşunları azaltmaq niyyətini açıq elan etməsi Vaşinqtonun Talibanla danışıqlardakı mövqeyini zəiflədə bilər.

Taliban düşünə bilər ki, ABŞ əslində bütün şərtlərlə qoşunların çıxarılmasına hazırdır.

İyulun 26-da ABŞ Dövlət Departamenti bildirmişdi ki, Pompeo və Əfqanıstan prezidenti Ashraf Ghani Əfqanıstandakı ABŞ qoşunlarının şəraitə uyğun olaraq azaldılması barədə razılığa gəliblər.

Pompeo deyib ki, Vaşinqton əfqanların “öz ölkələrinə sahiblik etməsini” istəyir və bu, ABŞ-ın bu ölkədə xərclədiyi milyardlarla dollara qənaət edilməsinə imkan verərdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG