Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:20

Rayonlarda pomidor və xiyar bahalaşıb 


Bazar, arxiv foto
Bazar, arxiv foto

Rayonların mərkəzi bazarlarında pomidor və xiyarın qiymətləri kəskin qalxıb. Ötən həftə pomidorun bir kilosu 15-20, xiyarın bir kilosu isə 40-50 qəpiyə olduğu halda, indi pomidor 50-60 qəpiyə, xiyar 1 manata satılır. Digər kənd təsərrüfatı məhsullarında da qiymət artımı müşahidə olunur.

Astara rayonun kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olan iş adamları bunu yağıntılı hava, Masallı rayonun əkinçiləri isə suyun olmamasında görürülər.Əkinçiliklə məşğul olan Astara rayon sakini Tarif Hüseynovun deməsinə görə, fasiləsiz və intensif yağan yağış əkin sahələrinə ziyan vurub:

“Yağışlar pomidor sahəmi sıradan çıxartdı”

“Yağışlar pomidor sahəmi sıradan çıxartdı. Bu il 1 hektarda pomidor əkmşidim. Badımcan, bibər də əkmişəm. Yarım hektar da xiyar əkmişəm. Xiyar sahələrinə də ziyan vurdu. Pomidorun 1 kilosunu 20 qəpiyə alırdılar. Qiymət indi qalxıb. Kənd təsərrüfatı məhsulları yetişdirənlərin hamsı mənim vəziyyıtimdədir. Sahədə vəziyyət çətinləşəndə, məhsuldarlıq aşağı düşəndə bazarda qiymət qalxır. Nəyimiz var əkindədir, əkin də belə...”

Mehman Quliyev, 2013
Mehman Quliyev, 2013

Çəltik becərən Astara rayonun Artupa kənd sakini Mehman Quliyev-in fikrincə yağış bundan sonra davam edərsə ziyan artcaq :

“Havanın hərarəti düşdü. Bu da çəltiyin yetişməsini ləngidir. Belə məlum olur ki, yağışlar davam edəcək.Yağış intensif yağsa ziyanı daha çox olacaq.”

“Sahələr susuzluqdan yanır”

Masallı rayonun Təklə kənd sakini Səmədağa Həmidov isə əkin sahələrinin suvarılmasında çətinliklərin olduğunu deyir:

“Qonşu rayonlarda yağış yağır, bizdə isə yağmadı. Sahələr susuzluqdan yanır.Suyu çaydan götürürdük. Çay da quruyub. Sahələri suvarmaq üçün çala qazırıq. Bibər, reyhan, cəfəri, keşniş, yonca əkmişik. Bir azdan ikinci kartof əkini başlayır, su yoxdur.Bizim Təklə kəndi Cəlilabad rayonu ilə sərhəddə yerləşir.Masallının Viləşçay dəryaçasından su istəyirik, vermirlər.Deyirlər gedin suyu sizə Cəlilabad versin. ”

O, sonra da deyir:

“200 hektardan çox əkin sahəsi susuz qalıb ”

“Cəlilabadda Ağdaş deyilən yerə gedirik, su ordan gəlməlidir.Orda da deyirlər ki, sizn kəndiniz Masallı rayonun kəndidir.Ortada qalmışıq.Əkmişik, su yoxdur.Belə zülüm olmaz.200 hektardan çox əkin sahəsi susuz qalıb. Bu o deməkdir ki, kənd qazancını itirir.Tutaq ki,100 hektar əkin sahəm var, su yoxdursa o qədər sahə nəyimə lazımdır? Su problemi hər il təkrar olur.Bizə suyu Viləşçaydan versələr, problem olmaz. Bəhanə budur ki,bizdə su kanalları çəkilməyib.”

Bu deyilənlərə, hələlik, Masallı və Cəlilabad rayonun cavabdeh qurumlarından münasibət almaq mümkün olmayıb.

Amma bundan əvvəlki açıqlamalrında Masallı rayonun rəsmiləri bildiriblər ki,Təklə kəndinin əkin sahələrinə su Cəlilabad rayonun ərazisindən verilir. Üstəlik qeyd edildiyinə görə, kənd sakinləri su ilə bağlı ödənişləri Masallı rayonunda etmirlər.

“Pomidorun, xiyarın qiymətinin qalxması bununla bağlıdır”

Astara rayonun kənd təsərrüfatı idarəsinin rəisi Etibar Abbasov isə onlara aid deyilənlərlə bağlı bunları bildirib:

“Yağan yağışın xeyri var. Meyvə bağlarının xeyirinədir. Amma çəltik sahələrində məhsulun yetişməsini geçikdirə bilər. Məhsulun yetişən vaxtıdır, güclü yağışın, küləyin ziyanı var. Yağışdan sonra zərərvericilər baş qaldıracaq. Ona da tədbirlər görüləcək. Pomidor sahələrində xəsətlik var idi. Yağış yağandan sonra xəstəlik güclənir. Bu da məhsuldarlığa təsir edir. Pomidorun, xiyarın qiymətinin qalxması bununla bağlıdır, yağışla bağlı deyil. Əslində elə tərəvəz sahləri var idi ki,quraqalıqdan yanırdı. Yağışın yağması bu problemi aradan qaldırdı.”

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG