Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:25

Polşa öz ərazisində ABŞ-ın daimi qoşun saxlamasını xahiş edir


ABŞ-ın müdafiə naziri James Mattis (solda) və onun polşalı həmkarı Mariusz Blaszczak Pentaqonda
ABŞ-ın müdafiə naziri James Mattis (solda) və onun polşalı həmkarı Mariusz Blaszczak Pentaqonda

Polşanın müdafiə naziri Mariusz Blaszczak mayın 28-də deyib ki, o ABŞ rəsmiləri ilə Rusiyanı təcavüzdən çəkindirmək məqsədilə Polşa ırazisində daimi qaydada ABŞ qoşunlarının yerləşdirilməsinə dair danışıqlar aparıb.

Blaszczak deyib ki, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən və Ukraynanın şərqindəki separatçılara dəstək verməsindən sonra, o, ciddi narahatlıqlarını Vaşinqtona çatdırıb:

"Bu səylərin nəticəsi o olub ki, ABŞ Senatı Pentaqonla əlaqəyə girərək ondan ABŞ qoşunlarının daimi qaydada Polşada saxlanmasının mümkünlüyünü qiymətləndirməsini istəyib. Belə bir tədbir böyük əhəmiyyətə malikdir, çünki düşməni çəkindirmək məqsədi güdür”.

Onet.pl xəbər portal yazır ki, Varşava ABŞ-ın Polşadakı gələcək bazasının infrastrukturunun yaradılması üçün 2 milyard dollar məbləğində dəstək verməyə hazırdır.

Hazırda ABŞ-ın Polşada rotasiyalı hərbi qüvvəsi var
Hazırda ABŞ-ın Polşada rotasiyalı hərbi qüvvəsi var

Polşada hazırda ABŞ hərbi kontingenti var. Bu kontingent müvəqqəəti və rotasiyalı əsasda yerləşdirilsə də, müddət açıq qoyulub.

Moskvada prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov deyib ki, “NATO-nun Rusiyanın sərhədləri yaxınlığında mövcudiyyətini artırması heç bir şəkildə təhlükəsizlik və stabilliyə xidmət etmir”.

Peskov mayın 28-də Rusiyanın TASS xəbər agentliyinə deyib: "Bu ekpansionist addımlar, Rusiya tərəfindən əks-tədbirlər görülməsini tələb edir ki, hər dəfə balans belə pozulduqda onu tarazlamaq mümkün olsun”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG