Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:16

Deputatın qadınlarla bağlı bəyanatı qalmaqal yaradıb


Janusz Korwin-Mikke, mart 2017
Janusz Korwin-Mikke, mart 2017

Avropa Parlamenti Polşadan olan mühafizəkar deputat Janusz Korwin-Mikke ilə bağlı araşdırmaya başlayıb. Səbəb onun qadınlarla bağlı ayrıseçkilik bəyanatlarıdır.

“QADINLAR DAHA AZ PUL QAZANMALIDIRLAR”

Brüssel amfiteatrında çıxış edən 74 yaşlı deputat kişilərin qadınlar üzərində təbii üstünlüyündən danışıb.

“Aydındır ki, qadınlar daha az pul qazanmalıdırlar, çünki onlar daha zəif, daha kiçik və daha ağılsızdırlar", – deyə o bildirib.

O əlavə edib ki, 100 ən yaxşı şahmat oyunçusu arasında zəif cinsin bircə təmsilçisi də yoxdur.

Polşalı deputatın bu sözlərinin cavabında İspaniyadan olan sosialist qadın deputat Iratxe García Pérez bildirib ki, Janusz Korwin-Mikke-nin məntiqinə görə, onun Avropa Parlamentində oturmağa haqqı yoxdur. García Pérez artıq on ildən çoxdur ki, qadın hüquqları və gender bərabərliyi sahəsində qanunvericilik məsələləri ilə məşğul olur. O, 2014-cü ildən Avropa Parlamentinin qadın hüquqları komitəsinə rəhbərlik edir.

SANKSİYALAR QOYULA BİLƏR

Iratxe García Pérez , mart 2017
Iratxe García Pérez , mart 2017

"Ancaq siz qadınların assambleyada vətəndaşları təmsil etməsinə və eynən kişilər qədər hüquqlara malik olmasına qarşı nə qədər çıxış etsəniz də, mən məhz qadınların hüquqlarını sizin kimilərdən qorumaqdan ötrü buradayam!" – deyə deputat qəzəblə cavab verib.

Janusz Korwin-Mikke cərimə, yaxud da Avropa Parlamentinin işindən müvəqqəti kənarlaşdırılma kimi sanksiyalarla üzləşə bilər.

Bəs Janusz Korwin-Mikke kimdir?

Janusz Korwin-Mikke Polşadan olan publisist və liberal-libertariandır.

İxtisasca riyaziyyatçı olan deputat həm də bric üzrə Polşa çempionu, ölkəsinin milli bric komandasının üzvüdür. Korwin-Mikke katolikdir. Onun 3 arvaddan 8 uşağı var.

İLK QALMAQAL DEYİL

Onun sonuncu arvadı özündən 44 yaş kiçikdir.

Bu, Janusz Korwin-Mikke-nin ilk qalmaqalıdırmı?

2016-cı ilin iyulunda polşalı mühafizəkarın maaşından 3 min avro tutulmuş, özü isə 5 günlüyünə işdən azad edilmişdi. Səbəb Korwin-Mikke-nin Avropaya gələn kütləvi miqrant axınını "zibil axını" adlandırması idi.

Yunanıstan, 3 mart 2016
Yunanıstan, 3 mart 2016

2015-ci ildə Korwin-Mikke müvəqqəti olaraq Avropa Parlamentinin deputatı vəzifəsindən kənarlaşdırılmışdı. Bundan öncə o, çıxışını bitirəndən sonra qolunu nasistsayağı qabağa uzadaraq "Ein volk, ein Reich" ("Bir xalq, bir dövlət") şüarını sələndirmişdi. Bu, Hitler dövrünün nasist partiyasının ən məşhur şüarlarından biridir. Amma onun nitqinin faşizmə heç bir dəxli yox idi. Həmin vaxt Avropa İttifaqında nəqliyyat islahatları müzakirə olunurdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG