Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:27

Polkovnik məhkəmədə: 'Təqaüdümü də borca verdim...'


Dollar

Ehtiyatda olan polkovnik-leytenant Tofiq İsmayılov üç ildir ki, məhkəmə qapılarında qalıb. Borcda zamin durması, üstəlik, 2015-ci ildə ölkədə dolların iki dəfədən çox bahalaşması ona özünün cinayət məsuliyyətinə cəlb olunması bahasına başa gəlib. Deyir ki, aldığı təqaüd də borca gedib, amma hələ də bu işin altından çıxa bilmir.

T.İsmayılov bir neçə il öncə dostu ilə başqa bir tanışı arasında başlanmış borc müqaviləsində zamin dayanıb. İndi pul sahibi həmin borcu T.İsmayılovdan tələb edir. Üç ildir, onların arasında məhkəmə çəkişməsi gedir.

Polkovnikə borca görə cinayət işi

Borcu alan adam indi həbsdədir, dələduzluq suçlamasıyla uzunmüddətli cəzaya məhkum edilib. Ondan sonra pulun sahibi Malik Məhərrəmov məhkəmədə iddia qaldırıb ki, borcu zamin qaytarsın. Xətai Rayon Məhkəməsi iddianı təmin edib. Qərar çıxarılıb ki, pulu T.İsmayılov ödəsin. Qərardan narazı qalan polkovnik apellyasiya şikayəti versə də, xeyri olmayıb – qətnamə qüvvədə saxlanılıb.

Bank borcları üçün hökumət nə edə bilər?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Qərar qüvvəyə minəndən sonra da icraya yönəldilib. Söhbət 70 min dolların qaytarılmasından gedir. T.İsmayılov bunun öhdəsindən gələ bilmədiyinə görə haqqında cinayət işi başlanıb. O, CM-in 306.1 (məhkəmə hökmünü, qərarını icra etməmək və ya icraya mane olmaq) maddəsiylə suçlanaraq yenidən hakim önünə çıxarılıb. Xətai Rayon Məhkəməsi onu zamin durduğu borcu ödəmədiyinə görə təqsirli hesab etsə də, ona həbslə bağlı olmayan cəza kəsib. Bu cür hökm həm pul sahibini, həm də prokuroru narazı salıb və onlar yuxarı instansiyaya şikayət veriblər. Apellyasiya məhkəməsi də qüvvədə saxladığına görə bu dəfə Ali Məhkəməyə üz tutublar. Ali Məhkəmə isə ləğv edib və işi baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. İndi orada Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası bu məsələni araşdırır.

«Qarabağda döyüşmüşəm, kontuziya almışam...»

Məhkəmədə dindirilən T.İsmayılov özünü təqsirli bilmir. Deyir ki, qərarı qərəzli icra etməməsi barədə ittiham doğru deyil. Sadəcə, imkanı yoxdur: «Möhtərəm hakim, borcun əvəzinə 140 sot torpaq verildi, qarşı tərəf qəbul eləmədi. Sonra mən 5 min manat pensiya aldım, hamısını da o borca ödədim. Oğlum maşınını 14 min manata satdı, onu da ödədim. Əslində, pul dollarla verilməyib, manatla verilib. 56 min manatı o vaxtın məzənnəsiylə sayıb, 70 min dollar eləyiblər. Mən Qarabağda torpaqların azadlığı uğrunda uzun müddət döyüşmüşəm, müharibədə kontuziya almışam. Mən bu işin altından necə çıxım?!».

Təqsirləndirilən polkovnik yenə də pul tapıb borcu ödəmək üçün məhkəmədən 15 gün vaxt istəyib. Ona oktyabrın 22-nə qədər vaxt verilib.

XS
SM
MD
LG