Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 14:48

Alimlər supervaksin axtarışında – Qərb mediası


İsraildə gey-parad, 25 iyun, 2021-ci il
İsraildə gey-parad, 25 iyun, 2021-ci il

“Polivalent vaksinlər” beş il ərzində koronavirusların müxtəlif variantlarına qarşı qoruya bilərlər

Hazırda Covid-19 vaksinlərinin müxtəlif ştammlara müəyyən dərəcədə təsirli olduğu deyilir. “The Financial Times” qəzetində Sara Nevil alimlərin hazırda koronavirusların bütün növlərinə qarşı təkdozalı vaksin üzərində işlədiyini yazır.

Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasından (CEPI) Melaniya Savil təşəbbüsə liderlik edir. O, betakoronavirusların bütün növlərinə və potensial yeni ştammlara qarşı qoruyacaq vaksin yaratmağa çağırıb.

Epitopları hədəfləyən vaksin

Sars-Cov-2 son ilyarımda 4 milyonadək insanın həyatına son qoyub. Bu, son 20 ildə insanlar arasında yayılmış üçüncü betakoronavirusdur. 2003-cü ildə Sars-Cov-1 Çində və Honq Konqda 700-dən çox, 2012-ci ildə isə Mers-Cov 850-dən artıq insanın həyatına son qoymuşdu.

Covid-19 sürətlə mutasiya edir. İlk dəfə Hindistanda aşkarlanmış Delta variantının isə yüksək yoluxucu olduğu bildirilir.

İngiltərə tibb idarəsinin başçısı professor Kris Uittinin sözlərinə görə, “polivalent vaksinlər” beş il ərzində koronavirusların müxtəlif variantlarına qarşı qoruya bilərlər.

Amma müəllif bu işin elə də asan olmadığını qeyd edir. Tədqiqatçılar onillərdir İİV-ə qarşı vaksin tapa bilmirlər, virus yeni ştammlarla peyda olur. Elə qrip peyvəndini də hər il yeniləməli olurlar.

Polivalent vaksinlər virus zülalının immun sistemini stimullaşdıran, epitop adlı hissələrini hədəfə alır, virusda mutasiya etməyən epitoplara hücum edir, Savil belə deyir. Bu vaksinlər həmçinin anticismdən başqa, immun reaksiyasının əsas hissəsi olan T-hüceyrələrin yaranmasını stimullaşdırır.

Everestdə yoluxmalar

“The New York Times” qəzeti isə apreldə Everestdə alpinistlər arasında yoluxmalardan yazır.

Bir neçə alpinist sosial mediada Everest ekspedisiyası zamanı koronavirusa yoluxduğunu yazsa da, Nepal hökuməti zirvədə heç bir yoluxma olmadığını bildirib. Onlar bir alpinistin pnevmoniyaya tutulduğunu, digərində öskürəyin quru dağ havası ilə bağlı olduğunu iddia ediblər.

Hətta ekspedisiyalar təxirə salınanda belə Nepal turizm departamenti mövqeyini dəyişməyib.

Dünyanın yoxsul ölkələrindən olan Nepal yoluxmalarda kəskin artım və vaksin qıtlığı ilə mübarizə aparır.

Qəzet Nepalın Everestdəki durumun miqyasının kiçildilməsində maraqlı olduğunu yazır. 2019-cu ildə bu biznesdən 2 milyard dollardan çox vəsait qazanmış ölkə ötən il dağ zirvələrini turizmə bağlayıb. Covid-19-a yoluxmalarla bağlı informasiyanın yayılması isə Nepalın turizm məkanı kimi imicinə zərbə deməkdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG