Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:16

Rusiyada azad mətbuatı məhv edən qətl


“Novaya qazeta” nın redaksiyasında jurnalist Anna Politkovskayanın yazı masasında heç kim oturmur.

Bu masa redaksiyada abidəyə çevirilib, orda Politkovskaya və digər öldürülmüş jurnalistlərin fotoları var.

Qeyd edək ki, Çeçenistan müharibəsinin qatı əleyhdarlarından olan Anna Politkovskaya 2006-cı il oktyabrın 7-də Mokvadakı evinin girəcəyində qətlə yetirilib.

Amma redaksiya bu qətlindən sonra ölkədə tərəfsiz jurnalistika prinsipiplərini davam etdirən tək-tük KİV-lərdən biridir.

Qəzetin jurnalistləri hələ də Rusiyanın ən təhlükəli regionlarından olan Şimali Qafqazdan reportajlar hazırlayırlar.

Yelena Kostyuçenko da onlardan biridir.

O, Beslan məktəbində 186 uşaq da daxil olmaqla 334 nəfərin ölümü ilə nəticələnən faciənin 12-ci ildönümünü işıqlandırmaq üçün bu ilin sentyabrında Şimali Osetiyada olub.

Politkovskaya həmin vaxt-2004-cü ildə Beslana gedərkən təyyarədə huşunu itirmişdi.

Həkimlərin qənaətinə görə, reportaj hazırlamamaq üçün onu qəsdən zəhərləyiblərmiş.

Amma buna baxmayaraq qəzet Beslan faciəsini əzmlə araşdırdı və həmin vaxt xeyli insan ölümünə görə məhz təhlükəsilik qüvvələrinin cavabdehlik daşıması barədə silsilə yazılar dərc elədi.

Araşdırmaya görə buna səbəb, mühasirəni yarmağa çalışan təhlükəsizlik qüvvələrinin binaya qoyduğu partlayıcı olub.

Bu faciədə uşaqlarını itirən Beslan anaları bu ilin sentyabrında müstəqil istintaq aparılması tələbilə etiraz aksiyasına çıxdı.

Onların əynində “Putin Beslanın cəlladıdır” sözləri yazılmış köynəklər vardı.

Bu aksiyanı işıqlandırmaq üçün Beslana gedən jurnalist Kostyuçenko və fotomüxbir naməlum adamların hücumuna məruz qaldı, döyüldülər.

Nəticədə beyin silkələnməsi alan Kostyuçenko bir həftə xəstəxanada yatmalı oldu.

Yelena Kostyuçenkonun 29 yaşı olsa da “Novaya qazeta”da 11 ildir ki, çalışır.

O, 2015-ci ildə Rusiya əsgərlərinin Ukraynanın şərqindəki müharibədə iştirakını sübut edən silsilə yazılar yazıb ki, bu Rusiya jurnalistləri üçün qadağan mövzudur.

Politkovskayanın qətlindən ötən bu 10 il ərzində Kostyuçenkoya dəfələrlə başqa iş təklifləri olub.

Amma jurnalist “Novaya qazeta”dakı azadlığı hər şeydən üstün tutub.

Yelena deyir ki, ona televiziyada 10 minlik maaşla iş təklif etsələr də bundan imtina edib.

Jurnalist deyir ki, “Novaya qazeta” da Yaroslavlda cins satan bacısı qədər qazanır, amma onların qəzetində senzura yoxdur və bu çox mühümdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG