Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:35

Polislər uçan motosikletdə (Video)


Dubay polisi üçün qeyri-adi motosiklet (REUTERS)
Gözlə

No media source currently available

0:00 0:00:18 0:00

Dubay polisi üçün qeyri-adi motosiklet (REUTERS)

Dubay polisinin uçan motosikletləri də olacaq.

Dubayda GITEX sərgisində nümayiş etdirilən bu motosiklet iki ilə yerli polisin ixtiyarına veriləcək.

Elektrik mühərrikli motosikleti Rusiyanın "Hoversurf" şirkəti istehsal edib.

O, havada 40 dəqiqəyəcən qala bilir.

Dubay Expo-2020 sərgisi öncəsi təhlükəsizlik tədbirlərini gücləndirməyi planlayır. 7 milyard dollar sərf olunacaq həmin sərgiyə ölkənin biznes imkanlarını görmək üçün 25 milyon ziyarətçinin gələcəyi gözlənir.

Polis deyir ki, uçan motosikletlər həmin dövrdə böyük əraziləri havadan müşahidə etməyə, lazım gələrsə, hansısa insidentə çevik reaksiya verməyə imkan yaradacaq. Tıxaclar belə motosikletlər üçün problem olmayacaq.

Polis əməkdaşları xüsusi geyimdə uçacaq və uçuşun təhlükəsizliyi üçün onlara maksimum 6 metr hündürlüyündə uçmağa icazə veriləcək.

Amma gələcəkdə hündürlük limitinin artırılacağı istisna deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG