Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 18:26

"Bu, yol polisini rüşvət almağa şirnikləndirə bilər"


Ərşad Hüseynov
Ərşad Hüseynov

►"Adam başa düşməlidir ki, qanunu pozsa, bunun məsuliyyətindən qaça bilməyəcək”

Yeni hazirlanan Inzibati Xətalar Məcəlləsində bir sıra sahələr üzrə cərimələrin artırılmasının nəzərdə tutulduğu bildirilir. Bütün bu dəyişiklikləri dəyərləndirmək üçün hüquqşunas Ərşad Hüseynova üz tuturuq:

- Ərşad bəy, bu dəyişikliklərdən biri kimi sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə cərimələrin də artırılacağı bildirilir. Məsələn, indiki halda buna gərə 300 manat olan cərimə məbləğinin 400 manata qaldırılmasından söhbət gedir. Buna münasibətiniz necədir?

- Bəri başdan deyim ki, sərxoş vəziyyətdə avtomobil idarə etməyin çox ağır nəticələri ola bilər. Ona görə də, bu, qəti olaraq, yolverilməz haldır. Ancaq burada mən cərimənin artırılmasınaa lüzum görmürəm. Çünki, kimsə 300 manat cəriməni və ya 1 il sürücülük hüququndan məhrum edilməni göz önünə alıb sərxoş vəziyyətdə sükan arxasına keçirsə, onda bu cərimə 400 manata qalxsa nə dəyişəcək ki? Bilirsiz burada cəriməni artirmaq yox, labüdlük məsuliyyəti önəmlidir. Adam başa düşməlidir ki, qanunu pozsa, bunun məsuliyyətindən qaça bilməyəcək. Əgər labüdlük məsuliyyəti yoxdursa, bu, rüşvət hallarını bir qədər də artıracaq. Bilirsiniz, cərimə az olanda yol polisi buna əl bulamaq istəməyə bilər. Ancaq cərimə yüksəldikcə, ona görə təklif edilən rüşvət də şirnikləndirici olcaq.

- Ərşad bəy, Rusiyada, inkişaf etmiş Qərb ölkələrində bu necə tənzimlənir?

- Rusiyada, sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə hətta həbs də nəzərdə tutulur. O cümlədən bəzi Qərb ölkələrində. Ancaq elə inkişaf etmiş Qərb ölkələri də var ki, orada belə cərimələr insanların qazanclarından asılı olaraq tutulur. Məncə, Azərbaycan da bu praktikadan yararlanmalıdır. Bir də fikrimcə, 1 ay olsa belə, həbs nəzərdə tutulmalıdır. Çünki sərxoş vəziyyətdə avtomobil idarə etməyin çox ağır fəsadıarı olur...

- Ərşad bəy, yayılan məlumatlara görə, başqa sahələr üzrə də cərimələrin artırılması nəzərdə tutulur. Məsələn bayraqdan istifadə qaydasının pozulmasına görə cərimələrin artirilması. Burada hətta cərimələrin 10-15 dəfə artırılmasından bəhs edilir. Ümumiyyətlə bütün sahələr üzrə cərimələri, sizcə, niyə artırırlar?

- Doğrusu mən bunun dəqiq səbəbini göstərməyə çətinlik çəkirəm...

- Bəziləri deyir ki, neft ucuzlaşır, büdcəni belə doldurmaq istəyirlər.

- Bu, inandırıcı deyil. Məsələn yol hərəkəti qaydalarının pozulmasına görə, il ərzində təqribən 50-60 milyon manat civarında cərimələr toplanır. Bu elə də böyük rəqəm deyil.

Həmçinin bax - AzadlıqRadiosunun Youtube kanalında izləyin

XS
SM
MD
LG