Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

'Polisdə kimsə boynuna almayanda mən gedib dilini açırdım...'


Narkoman
Narkoman

«Məni dəfələrlə «İVS»də (polis idarələrindəki müvəqqəti saxlama təcridxanası-red.) olan adamla söhbət eləməyə çağırıblar. Polislər kimisə tuturdular, amma boynuna almırdı. Mən gedib kamerada həmin adamla söhbət eləyib dilini açırdım...», – bunları deyən Viktor Mustafayev indi həbsdədir. Onun özü də dediyi adamlar kimi, ittihamı qəbul eləmir. Bildirir ki, yalandır.

V.Mustafayev məhkəmə önündə tək deyil, Eldar Hüseynovla birlikdə mühakimə olunur. Onlar külli miqdarda narkotik əldə edib saxlamaqda suçlanır. Ancaq heç biri özünü təqsirli bilmir. Deyirlər ki, əksinə, özləri əməliyyat keçirib narkotik satan bir şəxsi tutmaq istəyiblər.

«Polislər məni döyüb dedilər ki…»

E.Hüseynov təsdiqləyir ki, özü narkotik aludəçisidir, buna görə 9 ildir Narkoloji Mərkəzdə müalicə olunur: «Mən Balaxanı qəsəbəsində ailəmlə yaşayırdım. Qonşuluğumuza yeni adamlar gəlmişdi, kirayə yaşayırdılar. Öyrəndim ki, onlar qəsəbədə narkotik satırlar. Özüm bu zəhrimardan istifadə eləmişəm deyə, istəmədim məhəlləmizi zəhərləsinlər. Gedib onlarla danışıb məhəllədən qovdum».

Sonradan həyat yoldaşından ayrılıb Zabratda kirayə ev tutub başqa bir qadınla yaşadığını söyləyən E.Hüseynovun sözlərinə görə, Viktoru da orada tanıyıb. Bir qədər keçəndən sonra Viktor deyib ki, polislərə məlumat ötürməklə məşğuldur:

"Hakim dedi ki, səni göstərişlə içəri basıram"
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

«Dedi ki, Xətai Rayon Polis İdarəsində işləyir, kiminsə narkotik satdığını bilsəm, ona xəbər edim. Viktor bilirdi ki, mən də istifadəçiyəm. Hadisə günü də Viktoru çağırdım, bir nəfər «krupnı» satan vardı, onun yerini göstərəcəkdim. Əvvəl mənim evimə gedib yemək yedik».

Təqsirləndirilən şəxsin dediyinə görə, elə yemək yedikləri vaxt polislər qapını sındırıb içəri giriblər. Onu döyüb, narkotikin yerini soruşublar. E.Hüseynov söyləyir ki, polislər bir saat evi axtarıb heç nə tapmayıblar, bir daha onu döyüblər: «Polislərdən biri çölə çıxıb təkrar evə qayıtdı və narkotiki tapdığını dedi. Orada bildim ki, əvvəl Balaxanıdan qovduğum adamlar polisin nəşə satanları olublar. Polislər məni döyəndə dedilər ki, niyə bizim adamları qovmusan...».

«Polisə 1 kiloqramdan çox narkotik «vermişəm»»

Digər təqsirləndirilən V.Mustafayev məhkəmədə ifadə verərkən etiraf edib ki, uzun müddət polis orqanlarıyla əməkdaşlıq edib: «Mən bir neçə il 24-cü bölmədə Çingiz (cinayət-axtarış şöbəsinin rəisi-red.) müəllimlə işləmişəm. Orada olanda polisə 1 kiloqramdan çox narkotik «vermişəm». Daha sonra Xətai polisində Xəyal müəllimin əməkdaşı idim. O, indi 16-cı polis bölməsinin rəisidir. Neçə dəfə məni «İVS»də olan adamla söhbətə çağırıblar. Boynuna almayan adamlarla söhbət edib dilini açırdım. Özüm də bir dəfə polisdə işləyə-işləyə həbs olunmuşam. Üstümə ölüm də qoymuşdular, amma o, mənlik deyildi. Sadəcə, özümün silahım var idi deyə, tutmuşdular».

Peşəvərdə həşiş məclisi
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

E.Hüseynovla həbs olunmalarına gəlincə, o da tutulduqları gün haqda eyni məzmunlu ifadə verib. Deyib ki, Eldar onu satanla tanış edəcəkdi. Evə gedib çörək yedikləri vaxt polislər daxil olub, Eldarı döyüb evi axtarmağa başlayıblar. Bir saata yaxın axtarıb heç nə tapmayanda bu dəfə onların ikisini də döyüblər: «Bir az sonra kiməsə zəng edib «rəis, tapmışıq» dedilər. Bizi götürüb polis idarəsinə apardılar. Orada mənə dedilər ki, «sən dur kənarda, səni buraxacağıq». Sonra gəlib dedilər ki, «Eldarı onsuz da tutacağıq, yaz ki, ondan narkotik almağa getmisən». Mən dedim, qoy öz rəisimlə danışım, dedilər «belə xırda şeyə görə onu narahat etmə, özümüz həll edərik». Dedikləri kimi yazdım. Eldarın dediyi narkotik satan Maştağada idi, yerini dedik, amma polislər heç ora getmədilər».

«Heç kimə təzyiq göstərilməyib»

E.Hüseynov və V.Mustafayevi Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları saxlayıb. Həmin polislər də məhkəmədə dindirilib və onlar Viktorgilin dediklərini təkzib ediblər. Bildiriblər ki, əməliyyat məlumatı əsasında E.Hüseynovun yaşadığı evə gedib, narkotiki aşkar ediblər. Polislər deyir ki, əməliyyat zamanı heç kimi də döyməyiblər: «Heç kimə təzyiq göstərilməyib».

Oktyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə hal şahidi kimi dindirilənlər də polislərin ifadələrinə uyğun danışıblar. Bildiriblər ki, evdə axtarış zamanı hal şahidi kimi dəvət olunublar və narkotiki görüblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG