Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

Ekspertlər polisə Mercedes alınmasını israfçılıq və lovğalıq sayırlar


'Hökumət kasıblara əl tutmaq əvəzinə yol polisinə 'Mersedes' alır'
Gözlə

No media source currently available

0:00 0:14:54 0:00

'Hökumət kasıblara əl tutmaq əvəzinə yol polisinə 'Mersedes' alır'

Yol polisinə 70 ədəd son model “Mercedes” avtomibili alınır. Doğudanmı, əhalinin ümumi dolanışıq səviyyəsini nəzərə alanda, dövlət büdcəsinin puluyla, hər birinin qiyməti 120 min manat olan bu avtomiblləri almağa ehtiyac var?

Maşınlar yox, davranış dəyişməlidir

Müxalif Real Partiyasının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli bu qərarı israfçılıq sayır. Onun fikrincə, bu avtomobillərin alınmasına milyonlar xərclənməsi ilə məsələ bitmir. Bu bahalı maşınların saxlanması, servis xidmətləri də olduqca baha başa gəlir:

“Almaniyanın özündə belə yol polislərində çox bahalı “Mercedes” və “BMV” kimi markalı avtomibillərdən istifadə olunmur. Onlar Woksvagenə üstünlük verirlər. Çünki bu maşınların saxlanması xərci daha az olur. Amma Azərbaycan hökuməti düşünür ki, yol polisində belə bahalı maşınları görən xarici turistlərdə ölkə haqda müsbət fikir formalaşacaq. Ona görə də belə satınalmalara hökumət bir imic layihəsi kimi yanaşır. Bu çox yalnış bir yanaşmadır. Ölkənin imici insan haqlarının qorunması, ölkənin iqtisadi vəziyyəti ilə ölçülür”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov bu avtomobillərin alınmasını israfçılıq sayanlarla razılaşmır. Əksinə bildirir ki, bu Azərbaycanın inkişafının göstəricisidir:

“Bu inkişafdır, bu yüksək səviyyənin göstəricisidir. Hər halda Azərbaycanın paytaxtı Bakı digər meqopolis şəhərlərdən geri qalmamalıdır. Azərbaycan hərtərəfli inkişaf edir”.

Vaqif Əsədov bildirir ki, yeni avtomobillərin alınmasına ehtiyac vardı. 70 avtomobil xidməti istifadəyə verildikdən sonra əvvəlkilər də regionlara göndəriləcək.

Neftin qiyməti qalxan kimi israfçılıq başlanır

Beləliklə, Dövlət Yol Polisi üçün 8,5 milyon manata 70 ədəd son model Mercedes avtomobili alınır.

İqtisadçı Natiq Cəfərli deyir ki, bu qərar bir daha sübut edir ki, hökumət 2015-ci il böhranından ciddi nəticələr çıxarmayıb. Dünya bazarında neftin qiyməti artan kimi büdcə vəsaitlərini sağa-sola xərcləməyə başlayır:

“Çox vacib istiqamətlərdə xərclərin azalmasını görürük. Məsələn, Xaricdə Təhsil Dövlət proqramı dayandırıldı. Amma bu tipli milyonlarla vəsait imic layihələrinə sərf olunur. Bu da qıcıq doğurur. Əngəlli insanlarla, təqaüdçülərlə, minimum əməkhaqları ilə bağlı sosial layihələrə pul xərcləməkdənsə, belə imic layihələrinə vəsait ayrılır. Bu da Azərbaycan hökumətinin sosial sahəyə baxışını da göstərir”.

Yeri gəlmişkən, elə bu günlərdə – avqustun 19-da Pakistanın yeni baş naziri İmran Xan deyib ki, ölkənin o qədər borcu var ki, büdcə pullarına qənaət etməyə başlayacaq. O ilk addım kimi özünün güllə keçirməyən xidməti maşınlarının çoxunu satışa çıxarmağı planlaşdırır.

Bəs görəsən Bakı sakinləri bu barədə nə düşünürlər? AzadlıqRadiosu onlardan sorğu alıb:

Yol polisi üçün ən son model 'Mersedes'lərin alınmasına necə baxırsız?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Hələ 2009-cu ildə AzadlıqRadiosunun əməkdaşları məmurların xidməti maşınları ilə bağlı araşdırma aparmışdı. Həmin araşdırmaya görə nazirlər, dövlət və komitə rəhbərləri son model bahalı avtomobillərdən istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG