Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:38

D18 Hәrәkatının üzvü polisdə xəbərdarlıq aldığını deyir


arxiv foto
arxiv foto

Bu gün, iyunun 25-dә D18 Hәrәkatının üzvü Zaur Rövşәnli Bakı Şәhәr Baş Polis İdarәsinә (BŞBPİ) dәvәt olunduğunu bildirir.

Z. Rövşәnli AzadlıqRadiosuna deyib ki, idarәdә onu qurumun İctimai Tәhlükәsizlik İdarәsinin rәisi qәbul edib.

Onun vurğulamasına görə, tәxminәn 1 saat davam edәn görüşdә әrizә yazmalı olub. Z. Rövşənli deyib ki, sabah, iyunun 26-da Ordu günü ilә bağlı tәşkilatları anım ziyarəti gerçəkləşdirmək niyyətindədir:

“BŞBPİ-dә mәnә bildirdilәr ki, bununla bağlı Bakı Şәhәr İcra Hakimiyyәtinә xәbәr vermәdiyimizә görә, polis bizim tәhlükәsizliyimizi qoruya bilmәz. Ona görә, mәndәn әrizә alıblar ki, hәr hansı insident baş versә, mәsuliyyәtini biz daşıyacayıq”.

Z. Rövşәnli әlavә edib ki, polisdә ona iyunun 26-na nәzәrdә tutulmuş ziyarәtdә plakatlar qaldırmamaq vә şüarlar sәslәndirmәmək tapşırılıb.

Bu açıqlamaya, hələlik, BŞBPİ və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Sabah - iyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması günü qeyd ediləcək.

1992-1998-ci illər arasında (1920-ci ildən 1991-ci il oktyabrın 18-nə kimi SSRİ-nin tərkibində olan Azərbaycanda Milli Ordu günü qeyd edilməyib) Azərbaycan Milli Ordusunun yaradılması günü kimi oktyabrın 9-u qeyd edilib.

Amma 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə Milli Ordunun yaradılması günü dəyişdirilib. Yeni dəyişikliyə əsasən həmin gün kimi 1918-ci il iyunun 26-sı götürülüb.

Həmin tarixdə 1918-ci il mayın 28-də yaradılan və Rusiyanın silahlı müdaxiləsi ilə 1920-ci il aprelin 27-də süqut edən Azərbaycan Xalq Cümhuriyyətində silahlı qüvvələrin əsası qoyulub.

9 oktyabr tarixi isə Azərbaycanın ikinci dəfə müstəqillik əldə etdiyi 1991-ci ilə təsadüf edir. Onda müstəqillik elan edilməzdən cəmi 9 gün öncə, müdafiə məqsədi ilə Azərbaycan silahlı qüvvələrinin ilk batalyonlarının əsası qoyulmuşdu.

XS
SM
MD
LG