Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08

'Polis dedi ki, hörmət elə, bayramdır, rəisə hədiyyə almalıyam'


DYP
DYP

Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı Bəhram Dəmirov 10 gün əvvəl polisə müqavimətdə suçlanaraq həbs olunub. İddia edilir ki, o, yol polislərini söyüb, onların əmrinə tabe olmayıb. Amma özü də, tutularkən yanında olmuş anası da sənədlərdə bu barədə yazılanların doğru olmadığını bildirir. Onlar iddia edir ki, B.Dəmirovun həbsinə səbəb olan polis əməkdaşı hələ Novruz bayramı ərəfəsində ondan rüşvət istəmişdi, o isə verməmişdi.

B.Dəmirov haqqında inzibati xəta protokolunu Qobustan Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşı Məmmədalı Rəcəbov tərtib edib.

Xuraman Qayıbova oğlunun məhkəməsində bildirib ki, bu polis əməkdaşı vaxtilə onun şagirdi olduğuna görə onu yaxşı tanıyır: "Novruz bayramı ərəfəsində biz maşınla gələndə saxlatdırdı, Bəhrama kəmər bağlamamağı irad tutdu. Dedi ki, "cərimə eləmirəm, amma hörmət elə, bayramdır, rəisə hədiyyə verməliyəm". Oğlum vermədi ki, pulum yoxdur. Onda bizi buraxdı, protokol da yazmadı. Sonradan Qobustanda oğlumun hər addımını izləyirdi, az qalırdı, küçəyə çıxmağa da imkan verməsin...".

"Evə çatanda gördük ki, polislər gəlib"

Anasının dediyinə görə, iyunun 18-də oğlu həbs ediləndə də maşında onunla olub, bazardan qayıdıblar. X.Qayıbova bildirib ki, oğlu heç maşını sürməyə başlamamış yol polisi M.Rəcəbov gəlib, sənədlərini istəyib, kəmər taxmadığını söyləyib: "O da cavab verdi ki, indi oturmuşam maşına. Bəhrama "səni anana bağışlayıb protokol yazmıram"ı elə tərzdə dedi ki, oğlum pis oldu. Dedi, qaydanı pozmuşamsa, yaz, amma arxasında da dayan, çünki qanunsuzluq edirsən". Bundan sonra oğlumun üstünə yeridi. Mən maşından düşdüm, aranı sakitləşdirdim, sənədləri qaytardı. Evə çatanda gördük ki, polislər gəlib".

X.Qayıbovanın sözlərinə görə, oğlunu polis şöbəsinə, oradan da məhkəməyə aparıblar. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə təqsirli bilib və 10 gün həbs cəzası kəsib.

X.Qayıbova əlavə edib ki, onun dediklərinin doğru olduğunu maşında qeydə alınan videogörüntülər də təsdiqləyir. Həmin görüntüləri məhkəməyə təqdim etmək istəsə də, götürməyiblər.

Polis əməkdaşı nə deyir

Polis əməkdaşı M.Rəcəbov isə məhkəmədə bildirib ki, sürücü kəmər taxmadığına görə maşını saxlatdırıb. B.Dəmirov əvvəl sənədləri vermək istəməsə də, sonradan verib: "Dedi ki, şəhərin içində heç kim kəmər taxmır. Mən də dedim ki, taxmayanlar haqqında protokol tərtib edilir. Onun haqqında da protokol yazdım. Buna görə söyüş söyməyə başladı. İnzizama dəvət etsək də, nəticəsi olmadı. Anası da sakitləşdirə bilmədi".

Polisin dediyinə görə, sürücü sakitləşmədiyindən zəng edib, əraziyə əlavə kömək çağırıb. Amma B.Dəmirov yenə onlara tabe olmayıb, sürüb çıxıb gedib. Bu üzdən onun arxasınca gediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG