Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 19:49

Rəsulzadənin büstünün ətrafında iməciliyə imkan verilməyib


Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məmməd Əmin Rəsulzadənin Bakı Şin Zavodunun həyətindəki büstünün ətrafında iməciliyə imkan verilməyib.

Bu haqda AzadlıqRadiosuna rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu bildirib.

İməciliyi mayın 28-də ADR Hərəkatının bir qrup fəalı keçirmək istəyib.

Q.İbadoğlunun sözlərinə görə, Rəsulzadənin Bakı Şin Zavodunun həyətindəki büstü illərdir ki, baxımsız vəziyyətdə qalıb. Büstün ətrafını səliqə-sahmana salmaq istəyən hərəkat üzvlərinə zavodun mühafizəçiləri imkan verməyib. Onlar bunu rəhbərliyin göstərişi ilə etdiklərini deyiblər.

«Zavodda bizim qabağımızı kəsdilər, iməcilik keçirilməsinə imkan vermədilər. Tövsiyə etdilər ki, Rəsulzadəni ziyarət etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edək, Novxanıya gedək», - Q.İbadoğlu deyib.

O, bu hadisənin həm də hökumətin cümhuriyyət dəyərlərinə yanaşmasını ifadə etdiyini bildirib.

«Böyük Məhəmməd Əmin Rəsulzadənin adından, Azərbaycan Demokratik Respublikasına xalqın məhəbbətindən, cümhuriyyət qurucularına ümummilli sevgidən qorxurlar», - ADR rəhbəri söyləyib.

Müsavat Rəsulzadənin abidəsi önündə and içdi

İ.Qəmbər
İ.Qəmbər

Müsavat Partiyasının üzvləri Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyət gününü qeyd etməyə toplaşıb.

Himn səsləndirilib, daha sonra çıxışlar başlanıb.

Partiyanın keçmiş başqanı İsa Qəmbər deyib ki, Cümhuriyyət yaranmasaydı, Azərbaycanın gələcəkdə müstəqil olmamaq təhlükəsi vardı.

Keçmiş başqan Müsavat Partiyasının qurucusu Rəsulzadənin son nəfəsinə qədər mübarizə apardığını, onun «müstəsna» nümunəsini xatırladıb.

İ.Qəmbər 1918-ci ildə qurulan Cümhuriyyətin də, 1993-cü ildə Əbülfəz Elçibəyin başçılıq etdiyi «ilk milli hakimiyyət»in də Rusiyanın dəstəyi ilə devrildiyini deyib.

O, Cümhuriyyət yoluna, onun dəyərlərinə sadiqlikdən, bu mübarizəyə inamdan da danışıb: «İnamımız olmalıdır ki, azadlıqlar, haqq-ədalət, insan azadlıqları təmin olunacaq, ərazi bütövlüyü bərpa olunacaq. Buna əsla şübhə olmamalıdır. Qələbəyə inam şəksiz olmalıdır».

İ.Qəmbər çıxışının sonunda «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» söyləyib. O, mübarizəni davam etdirəcəyinə and içib. Onunla bərabər meydandakılar da and içərək daha sonra «Azərbaycan» şüarını səsləndiriblər.

+++

«İstiqlal abidə»sini kiçik – 3-5 nəfərlik qruplarla ziyarət edən yürüşçülərin Bakı bulvarında gəzintisinə icazə verilməyib.

Təşkilatçılardan Azər Qasımlı tədbirin bitdiyini deyib.

Aksiya iştirakçıları dağılışıblar.

Yürüş
Yürüş

Polis yürüşə icazə vermədi

Polis metronun «İçərişəhər» stansiyasından onlarla insanın «İstiqlal abidəsi» önünə kütləvi yürüşünə icazə vermir. Onlar əllərində Cümhuriyyətin qurucularının portretlərini və dövlət bayrağını tutublar.

AzadlıqRadiosunun əməkdaşları xəbər verir ki, polis Milli Şuranın sədri Cəmil Həsənli, REAL Partiyasının rəhbərliyində təmsil olunan Natiq Cəfərli, Azər Qasımlı ilə danışıqlar aparsa da, səmərəsiz başa çatıb.

Razılaşmaya uyğun olaraq, hazırda yürüşçülər abidəni üçnəfərlik qrupla ziyarət edirlər.

Polis kütləvi yürüşə icazə verilməməsini küçə hərəkətinə əngəl yaratmaqla izah edir.

Təşkilatçilardan A.Qasımlı AzadlıqRadiosuna deyib ki, onlar tədbiri bu şəkildə keçirməyi planlamasalar da, rəsmilərin dediyi ilə razılaşmalı olublar.

Bu yürüşlə bağlı bir neçə gündür sosial şəbəkələrdə ictimai-siyasi fəallar çağırışlar etmişdilər.

Şokolad
Şokolad

Polis D18 Hərəkatına şokolad və qızılgül paylamağa icazə vermədi

Mayın 28-də D18 Hərəkatı paytaxt Bakıda Cümhuriyyətin yüzilliyi münasibətilə sakinlərə şokolad və qızılgül paylamaq istəyib. Şokoladların üzərində Cümhuriyyət qurucularından biri Məmməd Əmin Rəsulzadənin şəkli əks olunub. Eləcə də Hərəkat üzvləri adından qısa bir təbrik yer alıb: «D18 Hərəkatı Sizi Cümhuriyyət günü münasibətilə təbrik edir».

Polis hədiyyələri Bakı sakinlərinə paylayan Hərəkat üzvlərini saxlayaraq xəbərdarlıq edib, onlara 5 nəfərdən çox adamın bir yerdə toplaşmasına icazə verilmədiyini söyləyiblər. Eləcə də şokoladların üzərində şüar yazıldığını, kütləvi şəkildə gül paylamağın imkansız olduğunu deyiblər.

«Şokoladlar yığışdırıldı, paylanmasına imkan verilmədi. Qızılgülləri isə iki-üç nəfər paylaya bildi», - AzadlıqRadiosunun əməkdaşı xəbər verir.

«İstiqlal abidəsi» polisin əhatəsində

Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətin yüzilliyi münasibətilə «İstiqlal abidəsi»ni ziyarət etmək istəyən bir sıra ictimai təşkilatlar və partiyalar problemlə üzləşiblər. AzadlıqRadiosunun əməkdaşları xəbər verir ki, abidə polislə əhatələnib.

Polis Qarabağ Azadlıq Təşkilatı Vətəndaş Həmrəyliyi Partiyasının üzvlərinin abidəni toplu şəkildə ziyarətinə imkan verməyib, onlar əraziyə hiss-hissə buraxılıblar.

Əməkdaşlarımız xəbər verir ki, güc strukturlarının əməkdaşları jurnalistlərin çəkiliş aparmasına da mane olur.

Saat 12-də isə bir sıra fəalların təşəbbüsü ilə metronun «İçərişəhər» stansiyasından «İstiqlal abidəsi»nə doğru yürüş başlamalıdır. Onlar Cümhuriyyətin yüzilliyini daha sonra bulvarda gəzinti ilə davam etdirməlidirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG