Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:54

Polad Aslanovun Müalicə Müəssisəsinə köçürüldüyü deyilir


Polad Aslanov
Polad Aslanov

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb

Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun yanvarın 23-də Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə köçürüldüyü deyilir.

Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.

Onun sözlərinə görə, o, bu gün, yanvarın 24-də müalicə müəssisəsində Polad Aslanovla görüşüb.

"Namaz vaxtı yıxılıb...”

Aslanova deyir ki, yanvarın 6-dan aclıq aksiyası keçirən yoldaşı namaz vaxtı yıxılıb və bundan sonra həkimlərin tövsiyəsilə müalicə müəssisəsinə köçürülüb:

"Onun çəkisi çox aşağı düşüb və artıq 39 kilodan da aşağıdır. Həm də qanda şəkərin miqdarı da azalıb. Həkim mənə dedi ki, Polad müşahidə altındadır, lakin koma təhlükəsi yaranarsa, həkimlər məcburi qidalandırmaya başlayacaqlar".

O, həmçinin əlavə edib ki, yoldaşından aclıq aksiyasını dayandırmağı xahiş etsə də, o, bundan imtina edib.

Aslanova vurğulayıb ki, həyat yoldaşı 2 il yarımdır əsassız həbsdə saxlanmasına etiraz edir və işinin yenidən araşdırılmasını istəyir.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Amma bir müddət öncə, yanvarın 12-də Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri də həbsdə Polad Aslanovla görüşmüşdülər.

Aparatın məlumatına görə, görüş Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində gerçəkləşmişdi:

“… Polad Aslanov konfidensial qaydada qəbul olunub. Qida qəbulundan imtina etməsi səbəbi ilə ayrıca palata ayrıldığı və Polad Aslanovun gündəlik həkim nəzarətində olduğu müşahidə edilib”.

Xatırlatma

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.

Həmin ilin noyabrında Polad Aslanov 16 il azadlıqdan məhrum edilib. O, özünü təqsirli bilmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG