Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 15:27

Polşa seymi Rusiyanı prezident təyyarəsini partlatmaqda ittiham edir


Təyyarənin qırıntıları
Təyyarənin qırıntıları

İyulun 31-də Polşa seymində 2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında qəzaya uğramış Tu-154M təyyarəsinə dair təkrar təhqiqatın nəticələri bir daha elan edilib.

Bu təyyarə qəzasında Polşanın 96 yüksək vəzifəli siyasətçisi və hərbçisi, o cümlədən prezident Lech Kaczyński və onun xanımı həlak olmuşdu.

Bu faciənin necə baş verdiyini araşdıran parlament komissiyası bu nəticəyə gəlib ki, təyyarənin göyərtəsində, sol qanadın və mərkəzi hissənin yaxınlığında iki partlayış baş verib.

Komissiya bildirir ki, təyyarənin qalıqları üzərindən trotil, RDX və pentrin parladıcı maddələrinin izləri tapılıb.

Ekspertlər deyirlər ki, təyyarədə partlayış törədildiyini təyyarə qırıntılarının səpələnməsi və həlak olanların alqıqları yaralar da göstərir.

Polşa parlamentinin bəyanatında təyyarə qəzasını araşdıran rusiyalı müstəntiqlər partlayış faktını gizlətməkdə ittiham edilir.

Seym komissiyasının sədri Antony Matsarevich Twitter-də təyyarənin son dəqiqələrini əks etdirən rekonstruksiya videosunu yerləşdirib.

2010-cu il aprelin 10-da Polşa hərbi-hava qüvvələrinin təyyarəsində ölkənin yüksək səviyyəli nümayəndə heyəti 1940-cı ildə SSRİ NKVD-si (ovaxtkı DTK) tərəfindən güllələnmiş polyakların xatirəsini yad etmək üçün Katına uçurdu.

Polşa prezidenti, ölkə hökumətinin yüksək vəzifəli şəxsləri bu təyyarədə idilər.

Bundan əvvəl təyyarə qəzasının təhqiqatı ilə Polşa Müdafiə Nazirliyinin komissiyası məşğul olmuşdu. Bu komissiyaya ovaxtkı müdafiə naziri Antony Matsarevich başçılıq edirdi.

Komissiya 2018-ci ildə bəyan etmişdi ki, təyyarənin qəzasına onun göyərtəsində partlayışın baş verməsi səbəb olub.

Putin “unutmağı” təklif etmişdi

Rusiyanın İstintaq Komitəsi qəza səbəbinin partlayış olması barədə versiyanı əsassız saydığını bildirib.

Rusiya tərəfinin versiyasına görə qəza pilotların səhvi ucbatından baş verib, beləki onlar təyyarəni pis görüntü şəraitində endirməyə çalışıblar və layneri ehtiyat aerodromuna uçurmaqdan imtina ediblər.

Lech Kaczyński-nin Qanun və Ədalət partiyası təyyarə qəzasının növbəti ildönümünü qeyd edir
Lech Kaczyński-nin Qanun və Ədalət partiyası təyyarə qəzasının növbəti ildönümünü qeyd edir

Polşada isə az qala qəzanın ilk günündən Rusiya tərəfini ittiham edirlər. Matserevich deyib ki, təyyarəni Rusiya dispetçerləri və adı çəkilməyən “üçüncü şəxs” bilərəkdən qəzaya uğrada bilərdilər.

Rusiya prezidenti Vladimir Putin bir neçə il bundan əvvəl Polşa hökumətinə Smolensk ətrafında baş vermiş qəzanı “unutmağı” və ikitərəfli münasibətləri inkişaf etdirməyi təklif etmişdi.

Rusiya prezidenti partlayış versiyası barədə müxbir sualına belə cavab vermişdi:

“Bu cəfəngiyyatı dayandırmaq lazımdır. Fəlakət, qəza - biz bunlardan sizinlə birlikdə kədərlənmişik. Boş yerdən nəsə uydurmağa dəyməz. Əgər faciə baş veribsə, ona faciə kimi yanaşmaq lazımdır. Bu qəzadan yapışıb asılmaq Rusiya-Polşa münasibətlərinə zərbədir. Bunlar ölkədaxili siyasi mübarizə üçün lazımdır. Gəlin bu səhifəni çevirək, özümüzü yetkin insanlar kimi aparaq”.

XS
SM
MD
LG