Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Oktyabr, şənbə, Bakı vaxtı 08:10

Polşa prezidenti Andrzej Duda Azərbaycana gəlib


Andrzej Duda

Polşa Respublikasının prezidenti Andrzej Duda mayın 30-da Azərbaycana gəlib.

AZƏRTAC-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Bakı Beynəlxalq Aeroportunda onun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Polşa prezidenti Andrzej Dudanı hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və başqa rəsmi şəxslər qarşılayıblar.

Andrzej Dudanın Azərbaycanda bir sıra rəsmi görüşlər keçirəcəyi, həm iki ölkə arasında əməkdaşlıq, həm də regional məsələlərin müzakirəsi gözlənir.

XS
SM
MD
LG