Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

Polşa Şərq Tərəfdaşlığının daimi katibliyinin yaradılmasını təklif edib


Polşanın xarici işlər naziri Jacek Czaputowicz
Polşanın xarici işlər naziri Jacek Czaputowicz

Polşanın xarici işlər naziri səviyyəcə daha yüksək Şərq Tərəfdaşlığına çağırıb.

Jacek Czaputowicz mayın 14-də Brüsseldə Şərq Tərfdaşlığının yaradılmasının 10-cu ildönümünə həsr edilmiş konfransda bu tərəfdaşlığa daxil olan 6 ölkənin Avropa İttifaqı ilə azad ticarət zonası da daxil daha sıx əməkdaşlığını istədiyini bildirib.

Şərq Tərəfdaşlığına Azərbaycan, Ermənistan, Gürcüstan, Belarus və Moldova daxildirlər.

Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqı ilə azad ticarət paktları, vizasız gediş-gəlişi nəzərdə tutan assosiasiya sazişlərini imzalayıblar.

Lakin tərəfdaşlığa daxil ölkələrdən hər hansı birinin Aİ-yə üzv olacaq qədər yaxınlaşdığı görünmür və buna görə də bu qrupun gələcəyi qeyri-müəyyən qalır.

İsveçlə birlikdə Şərq Tərəfdaşlığının təşəbbüsçüsü olmuş Polşanın nümayəndəsi Czaputowicz hətta bu altı ölkə ilə münasibətlərdə “müəyyən təsisat alətlərinin” yaradılması mümkünlüyünü irəli sürüb.

Onun fikrincə bu istiqamətdə ilk addım Şərq Tərəfdaşlığına daxil ölkələrin Brüsseldə mənzillənən daimi katibliyinin yaradılması ola bilərdi.

Bu qurum sözü gedən ölkələrin Avropa İttifaqı ilə münasibətlərini əlaqələndirərdi.

Polşa xarici işlər naziri habelə Şərq Tərəfdaşlığı üçün Avropa İttifaqında olduğu kimi 6 aylıq rotasiyalı prezidentliyin yaradılmasını təklif edib:

“Əlbəttə bu iş çətindir, amma mənim əsas mesajım budur ki, bu ölkələr öz işlərinin koordinasiyası üçün öz üzərlərinə daha çox məsuliyyət götürməli və Avropa İttifaqına təşkilatlanmış olduqlarını nümayiş etdirməlidirlər”.

Jacek Czaputowicz buna nümunə olaraq Çexiyadan, Macarıstandan, Polşa və Slovakiyadan ibarət Vışeqrad dördlüyünün mövcudluğunumisal gətirib.

Bu ölkələr hələ 2004-cü ildə Avropa İttifaqına daxil olmazdan əvvəl öz aralarında belə bir blok yaratmışdılar.

Xəbər verilir ki, Czaputowicz-in bu təklifləri Avropa Komissiyasının Şərq Tərəfdaşlığının gələcəyinə dair bu ilin sonlarında açılacaq ictimai müzakirəsinə veriləcək.

Polşa xarici işlər naziri bunu da qeyd edib ki, o Avropa İttifaqı daxilində bəzi ölkələrin Şərq Tərəfdaşlığını dəstəkləməyə biləcəyindən xəbərdardır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG