Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Polşa Gazprom şirkətini milyardlarla dollar cərimə edir


Polşanın rəqabətin və istehlakçıların müdafiəsi idarəsi Rusiyanın Gazprom şirkətini ŞimalAxını2 qaz boru kəmərini tikdiyinə görə 29 milyard zlotı (7, 6 milyard dollar) məbləğində cərimə edib.

Tikintisi başa çatmaqda olan bu kəmər Baltik dənizinin dibi ilə Rusiya qazını Almaniyaya nəql etməlidir.

Polşa hakimiyyət orqanları bildirir ki, Rusiyanın Gazprom şirkəti kəmərin tikintisini Polşanın antiinhisar idarəsi ilə razılaşdırmayıb.

AzadlıqRadiosunun Rus xidməti bildirir ki, bu mümkün olan ən böyük cərimə məbləğidir və şirkətin illik dövriyyəsinin 10 faizini təşkil etməlidir.

Avropa şirkətləri də cərimələnib

Eyni zamanda bu layihədə Gazprom-un partnyoru olan 5 Avropa şirkəti də cərimə olunub.

Onların hər birini 100 milyon dollar cərimə ediblər. Polşa hökuməti bu şirkətlərdən Gazprom-la kontraktlarını ləğv etməsini tələb edir.

Sözü gedən şirkətlərin arasında İngiltərə-Niderland şirkəti Shell də var.

Shell Polşa hökumətinin qərarı ilə razılaşmadığını bildirib.

Ədalətli rəqabəti pozur

Polşa hökumətinin bəyanatında deyilir ki, ŞimalAxını2 kəmərinin çəkilməsi ədalətli rəqabət qaydalarını pozur və Polşaya qaz çəkilməsinə risk yaradır.

Bundan əvvəl Polşa Gazprom-a onun antiinhisar idarəsi ilə əməkdaşlıqdan boyun qaçırdığına görə on milyonlarla dollarlıq cərimələr qoymuşdu.

Gazprom qərardan şikayət edəcəyini bildirib.

Hazırda ŞimalAxını2 kəmərinin layihəsi ABŞ-ın kəmərin çəkilişində iştirak edən xarici şirkətlərə sanksiyalar qoyacağı ilə hədələməsinə görə yarımçıq qalıb.

Almaniyanın özündə də bu kəmərin çəkilişi ilə bağlı fikir ayrılığı var.

Bir sıra alman siyasətçilər hesab edirlər ki, kəmər Rusiyanın davranışına görə, xüsusilə də müxalifətçi Aleksey Navalnının zəhərlənməsi ilə bağlı dayandırılmalıdır.

Buna baxmayaraq kəmərin tikintisi ilə bağlı Almaniya hökumətinin qərarı dəyişməyib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG