Keçid linkləri

Təcili xəbərlər
2023, 25 Mart, şənbə, Bakı vaxtı 23:33

İğdırda törədilən hücumda 13 nəfər ölüb- [fotolar]


Foto arxiv

-

Türkiyənin İğdır vilayətində törədilən partlayışda azı 13 nəfər ölüb.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, hədəf sentyabrın 8-də gömrük işçilərini aparan mikroavtobus olub.

Onlar Azərbaycanla sərhəddəki gömrük məntəqəsinin əməkdaşlarıdır.

Hücum nəticəsində həmçinin 4 nəfərin yaralandığı bildirilir.

Gözlə

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid

Anadolu agentliyi bundan əvvəl İraqın şimalında PKK yaraqlılarına qarşı keçirilən hava reydləri zamanı 40-dək terrorçunun öldürüldüyünü xəbər vermişdi.

Məlumata görə əməliyyatda 50-dən çox təyyarə iştirak edib.

PKK iyulda atəşkəs sazişindən çıxdıqdan sonra Türkiyənin hərbi-hava qüvvələri ölkənin cənub-şərqi və İraqın şimalında kürd yaraqlılarına qarşı hava reydləri keçirir.

Iğdırdan çəkilmiş fotoları təqdim edirik:

XS
SM
MD
LG