Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Donetsk yaxınlığında şiddətli döyüşlər gedir


Donetskdə Rusiya hərbçiləri
Donetskdə Rusiya hərbçiləri

Prezidentin müşaviri Oleksey Arestoviç müsahibəsində deyib ki, Rusiya qüvvələri Piskiyə girmək istəsələr də “buna nail olmayıblar”

Ukraynanın şərqi Piski şəhərində, Donetskdən 10 km şimal-qərbdə şiddətli döyüşlər getdiyi xəbər verilir.

“Piskidə vəziyyət gərgindir. Şəhər bizimdir, ancaq şimalda və qərbdə dağınıq müqavimət ocaqları qalır”, – Rusiyanın dəstəklədiyi, özünü “Donetsk Xalq Respublikası” adlandıran qondarma qurumun separatçılarından biri Danil Bezsonov avqustun 11-də Telegram-da yazıb.

Ukrayna rəsmiləri şəhərin onların nəzarətində olduğunu deyirlər. Prezidentin müşaviri Oleksey Arestoviç müsahibəsində deyib ki, Rusiya qüvvələri Piskiyə girmək istəsələr də “buna nail olmayıblar”.

Tərəflərdən heç birinin dediyini müstəqil təsdiqlətmək mümkün olmayıb.

Luqanska əlavə qüvvələr göndərilir

2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edən Moskva Donbasdakı Donetsk və Luqansk vilayətlərinin sepratçılarını dəstəkləməyə başlayıb.

Luqanskın Kiyevin dəstəklədiyi qubernatoru Sergey Qayday avqustun 10-da deyib ki, Rusiya ərazidəki qüvvələrini artırır, Kremlə bağlı Vagner özəl təhlükəsizlik şirkətindən xeyli muzdlu da göndərir.

Avqustun 10-da Dnepropetrovsk vilayətində də intensiv atışma olub. Prezident Volodimir Zelenskinin aparat rəhbəri Andrey Yermak Rusiya qüvvələrini Zaporojye AES yaxınlığına hücumlarda suçlayıb. O deyib ki, Rusiya qüvvələri Ukraynanın ətraf mühit fəlakətinə səbəb olmamaq üçün cavab atəşi aça bilmədiyini bilirlər.

Rusiya bu iddiaları şərh etməyib. Ukrayna tərəfin bəyanatlarını müstəqil təsdiqlətmək də mümkün deyil. Moskva müharibədə dinc sakinlərə bilərəkdən atəş açmadığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG