Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 13:01

Köçkün: 'Hökumət Pirsaatdakı 40 ailəni unudub'


Köçkünlərin məskunlaşdığı hərbi şəhərcik

«Binanın bir tərəfi dağıldı, dağılan yerdən adamları köçürdülər bu biri tərəfinə... Əslində, köçürülən yer də dağılmaq üzrədir. İnsanların həyatı ilə oynayırlar. Qışda zülmətdə, soyuqda otururuq, yayda ilanlarla mübarizə aparırıq. Sanki hökumət bu 40 ailəni tamam unudub».

Bunu AzadlıqRadiosuna Qaradağ rayonu, Pirsaat qəsəbəsindəki hərbi şəhərcikdə məskunlaşmış köçkünlər deyir.

«ZÜLM ÇƏKİRİK»

Şəhərcikdə Sovet vaxtından qalma, dağılmaq üzrə olan iki- və üçmərtəbəli altı bina var. Hərəsində də 4-5 köçkün ailəsi yaşayır. Burada, əsasən, Ağdam, Füzuli, Zəngilan, Laçın köçkünləri məskunlaşıb. Əvvəllər sayı 100-ü ötən ailələrdən indi vur-tut 40 ailə qalıb.

Köçkün Əli Bayramov deyir, adamı, imkanı olan köçkünlər çoxdan buranı tərk ediblər:

«Kanalizasiya sistemi yoxdur. Su xətləri çürüyüb, çoxdandır su gəlmir, içməli suyu maşınla alırıq. Demək olar ki, bütün qışı işıq yanmır. Köhnə rus binalarıdır, dam örtüyü pis vəziyyətdədir, yağış suları yuxarı mərtəbələrdəki evlərə dolur, oradan da aşağı mərtəbələrdəki mənzillərə süzülür. Qaz yoxdur, qaz balonu istifadə edirik. Bu dəqiqə ilan, qurbağa əlindən tərpənmək olmur. Addımbaşı ilan öldürürük. Bir sözlə, zülm çəkirik».

Köçkünlərin məskunlaşdığı hərbi şəhərcik
Köçkünlərin məskunlaşdığı hərbi şəhərcik

«YENİ NƏSİL XƏSTƏ DOĞULUR»

Köçkünlər başqa yerə köçürülməklə bağlı dəfələrlə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə (Qaçqınkom) müraciət ediblər. Ancaq hər dəfə boş vədlər eşidiblər. Beləcə, boş vədlər içərisində aylar keçir, illər dolanır...

Ə.Bayramov deyir, binalar qəzalıdır və bir gün hamı bu binaların altında qalacaq:

«Burada yeni nəsil xəstə doğulur, xəstə böyüyür. Problemimizi yuxarılara çatdıra bilmirik. Hərbi şəhərcik olduğuna görə qapıda əsgərlər dayanır, bura güzəranımızı çəkməyə gələn jurnalistləri içəri buraxmırlar».

«Qaçqınkom»dan «Qaynar xətt»ə bildirilib ki, inşa olunan yeni qaçqın şəhərciklərinə yataqxanalardan köçürülmələr nəzərdə tutulub. Ola bilsin ki, həmin vaxt hərbi şəhərciklərdəki qəzalı binalardan da köçürülmələr baş tutsun.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG