Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:57

Pilotun nəşi tapılıb


MiQ-29 təyyarəsinin 'qara qutusu' tapıldı
Gözlə

No media source currently available

0:00 0:00:34 0:00

MiQ-29 təyyarəsinin 'qara qutusu' tapıldı

Azərbaycan Hərbi Hava Qüvvələrinin ötən ay gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış MİQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin nəşi tapılıb.

Bu barədə məlumat verən R.Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynlinin sözlərinə görə, onun nəşi bu gün, avqustun 20-də tapılıb: «Bizə bu barədə axtarış qrupu məlumat verib. Axtarışların nəticəsində Xəzər dənizində iki yerə bölünmüş pilot kreslosu tapılıb. Rəşadın nəşi ona bərk bağlanmış olub».

Q.Hüseynli əlavə edib ki, onları nəşi tanımaq üçün dəvət ediliblər. Lakin politoloqun sözlərinə görə, suyun altında uzun müddət qaldığına görə nəşi tanımaq mümkün olmayıb: «Lakin müəyyən əlamətlərə görə əminliklə demək olar ki, bu, Rəşaddır. Dəqiq cavabı ekspertiza deyəcək», - deyə Q.Hüseynli bildirib.

Q. Hüseynli əlavə edib ki, pilot R.Atakişiyevlə vida mərasimi sabah, avqustun 21-də keçiriləcək.

Müdafiə Nazirliyindən açıqlama

Xəbər sayta hazırlanan dəqiqələrdə Müdafiə Nazirliyi də bu məsələ ilə bağlı açıqlama yayıb: «İyulun 24-də plana uyğun olaraq, gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Saləddin oğlu Atakişiyevin nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb».

Xatırlatma

İyulun 24-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 təyyarəsi axşam uçuşlarını həyata keçirərkən qəfil radardan itib.

Axtarış məqsədilə komissiya yaradılıb. Hadisə ilə bağlı Hərbi Prokurorluq Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma) maddəsi ilə cinayət işi başlayıb.

Müdafiə Nazirliyi bildirib ki, axtarışlara xarici mütəxəssislər də cəlb edilib. Təyyarənin bəzi fraqmentləri ilk dəfə avqustun 8-də tapılmışdı. Onun «qara qutu»sunun isə dünən, avqustun 19-da tapılaraq dənizdən çıxarıldığı açıqlanmışdı.

Polkovnik-leytenant R.Atakişiyev hərbi hissə komandirinin müavini idi. 34-yaşlı R.Atakişiyevin iki oğlan övladı var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG