Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:54

Terrorçular pilotsuz aparatlarla nüvə obyektlərinə hücum edə bilər


-

"İndependent" yazır ki, Oksford Universitetindən olan bir qrup tədqiqatçı 200-dən çox pilotsuz uçuş aparatını ("dron") nəzərdən keçirərək belə nəticəyə gəlib ki, onlardan "sadə, ucuz və effektiv əldəqayırma partlayıcı qurğu" kimi istifadə edilə bilər.

Hesabatda deyilir ki, adi dükanlardan ala biləcəyimiz bu aparatlar terroçuların əlində nüvə elektrik stansiyalarına, G7 sammiti kimi mühüm tədbirlərə, yaxud da baş nazirin avtomobilinə hücum vasitəsinə çevrilə bilər.

"Britaniya hökuməti, polisi, ordusu və təhlükəsizlik xidmətləri satışda olan dronlardan hücum üçün istifadə olunması riskinin azaldılması və yumşaldılması üçün əks-tədbirlər planını təqdim etməli olacaqlar," deyə təhlükəsizlik üzrə ixtisaslaşmış tədqiqatçılar qrupu xəbərdarlıq edib.

Buna da bax: "Twitter"in səhmləri dəyərdən düşdü

Hesabatda ""İslam dövləti"nin (İŞİD) çoxlu sayda insana qarşı sinxronlaşdırılmış, eyni zamanda bir neçə pilotsuz aparatla hücum təşkil etməklə 11 sentyabr dəhşətlərini təkrarlamağı düşündüyü" bildirilir.

Hesabatda dronlarla bağlı lisenziya sisteminin tətbiqi tövsiyə edilir. Tövsiyələr arasında potensial hədəfləri qorumaq üçün lazerlərdən və radio siqnallarını qarışdıran qurğulardan istifadə edilməsi və təhlükəsizlik qüvvələrinə dronların vurularaq yerə salınma vaxtı barədə təlimat verilməsi də var.

Hesabatda həmçinin dronların etirazçılar tərəfindən istifadə edilməsi halları, o cümlədən Albaniya-Serbiya futbol matçının alban bayrağı daşıyan drona görə yarımçıq kəsilməsi faktı barədə də qeydlər var.

XS
SM
MD
LG