Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:41

Peyvənd vurulmayan uşaqlar məktəbə buraxılmır


Çeçenistanda məktəblilər, 2015
Çeçenistanda məktəblilər, 2015

Çeçenistanda poliomielit əleyhinə peyvəd vurulmayan uşaqlar məktəb və bağçalara buraxılmır. Həkim və müəllimlər peyvəndin məcburi olduğunu söyləyirlər.

“Kavkazskiy uzel” -in məlumatına görə hakimiyyət peyvənddən kütləvi imtina problemindən hələ 2017-ci ildən xəbərdardır. İmtinaların əsasən bir tibb bacısının Whats App-qrupunda "peyvənddən sonra ciddi fəsadların yaranması" barədə paylaşmasından sonra artdığı qeyd olunur.

Məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırov şəxsən həmin tibb bacısı ilə görüşüb, amma həmin görüşdə tibb bacısı dediklərindən imtina edib.

Çeçenistanda sonuncu dəfə poliomielit epidemiyasının yayılması 1990-cı ilin ortalarında, birinci hərbi əməliyyatlar dövründə qeydə alınıb. Həmin vaxt 140-dan çox uşağın xəstələndiyi qeyd olunur. 2010-cu ildə Çeçenistanda 3 xəstələnmə halı ilə bağlı məlumatlar olub, sonradan bu barədə məlumatlar yayılmayıb.

Səhiyyə Nazirliyi, bunun 2019-cu il iyulun 1-dən respublikada aparılan və sentyabrın 28-dək davam edəcək "təmizləyici" immunizasiya olduğunu deyir.

Nairlikdən bu tədbirin məcburi olduğu bildirilib və qeyd edilib ki, valideynlərlə söhbətlər, izahatlar “təhsil və məktəbəqədər müəssisələrə qəbul qadağası” kimi təsir göstərməyib.

Gürcüstan məktəblərində də peyvənd tələbi

Tbilisi, 147 saylı məktəb, 15 sentyabr 2016
Tbilisi, 147 saylı məktəb, 15 sentyabr 2016

Yeni dərs ilində Gürcüstan məktəblərində də valideynlərdən uşaqlarına vurdurduqları peyvəndlərinin sənədləri tələb ediləcək. Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin elmi direktoru Paata İmnadze söyləyib.

Mütəxəssislər bildirirlər ki, valideynlər yeni dərs ilində uşaqlara qızılca əleyhinə peyvənd vurulduğunu əsk etdirəm sertifikatı məktəblərə təqdim etməlidirlər.

P. İmnadze deyir ki, dərs ili başlanana qədər uşağa yaşına uyğun bütün peyvəndlərin vurulması vacibdir.

"Yeni qruplar toplandıqda, uşağın hansısa növ infeksiya gətirməsi və onun tez bir zamanda yayılması ilə bağlı çox böyük bir risk var ".

Məlumata görə, artıq ikinci ildir Gürcüstanda qızılca epidemiyası tüğyan edir. Təkcə 2019-cu ilin əvvəlində Gürcüstanda 4 min nəfərdə qızılca qeydə alınıb. Halbuki ilə 10 belə yoluxma norma hesab olunur.

Vərəm, Hepatit B, difteriya, qızılca, məxmirək və digər bir sıra infeksiyaların yayılmasının qarşısının alınması üçün bu ilin 1 yanvarından məcburi peyvəndlənməyə başlanılıb. Gürcüstan Səhiyyə Nazirliyi bildirir ki, peyvənd proqramı sayəsində qızılca kəskin azallıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG