Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:40

‘Noviçok şübhəlilərinin’ telemüsahibəsi daha çox şübhələr doğurub


İki rusiyalı şübhəli martın 4-də Solsberidəki təhlükəsizlik kaqmeralarına düşüblər.
İki rusiyalı şübhəli martın 4-də Solsberidəki təhlükəsizlik kaqmeralarına düşüblər.

AzadlıqRadiosu yazır ki, İngiltərə torpağında keçmiş Rusiya casusu və onun qızını zəhərləməkdə London tərəfindən ittiham olunan iki rusiyalı - Ruslan Boshirov və Aleksandr Petrov RT telekanalının baş redaktoru Margarita Simonian-a verdikləri müsahibə ilə barələrində mövcud olan şübhələri daha da gücləndiriblər.

Məşhur məbəd?

Bu müsahibədə onlar İngiltərənin Solsberi şəhərinə səfər etdiklərini etiraf etsələr də, suallara qəribə cavablar veriblər. Keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı Yulia məhz martın 4-də huşsuz vəziyyətdə tapılmışdılar.

Lakin Petrov və Boshirov bu qədər uzun bir məsafəni qədim ingilis şəhərindəki məbədi görmək üçün gəldikləri deyiblər.

Petrov RT kanalına deyib: “Dostlarımız çoxdan bəri idi ki, bu ecazkar şəhəri ziyarət etməyi məsləhət görürdülər”.

Boshorov isə deyib ki, onlar məşhur məbədin 123 metrlik bürcünü və saatını görmək istəyirdilər.

Petrov və Boshirov-un bu iddiasını təhqiqat jurnalisti Ryan Gallagher kimi bir çoxları inandırıcı hesab etmirlər.

Gallagher yazır ki, bu iki nəfərin Moskvadan 7 min kilometri qət edərək Solsberiyə Skripalların zəhərləndiyi gün gəlmələri şübhə doğurmaya bilməz:

Telegraph qəzetinin Rusiya müxbiri Alec Luhn rişxəndlə yazır ki, bu iki nəfər “İngiltərə məbəd memarlığının pərəstişkarlarıdır”.

Müstəqil jurnalist Ned Donovan da lağlağı ilə yazır:

“Ruslan heç vaxt Derehemli Elias memarlığının heyranı olmayıb, lakin mən onu əmin edə bilərəm ki, Qərbi Avropada bu məbəddən daha ucqar və qapalı yer tapmaq çətindir”.

Hakim partiyanın Solsberidən olan millət vəkili John Glen də bu iki nəfərin Solsberiyə “çantalarında Noviçokla cəmi iki günlüyə gəlmələrindən” yazır.

İsveçin keçmiş baş naziri Carl Bildt də şübhəsini gizlətmir:

“Zavallı rusiyalı oğlanlar. Birləşmiş Krallığa yalnız Solsberi məbədini görmək üçün gəlibmişlər. Onlar iki gündə bura iki qısa səfər ediblər və Moskvaya qayıdıblar. Tam təsadüfdür ki, Skripal da onlar məbədi gəzərkən zəhərlənib…Daha ağllı bir şey uydurun”.

İnsaf naminə demək lazımdır ki, məbədin özü əlbəttə ki, möhtəşəmdir:

Rusiyalılar pal-palçığı harda görüblər?

Boshirov və Petrov daha sonra deyiblər ki, yaxınlıqdakı bir neçə görməli yerlərə də getmək istəyiblər, lakin planlarını hava pozub:

"Əlbəttə biz ora Stounhenci, Qədim Sarumu görmək üçün getmişdik, biz bunu edə bilmədik, çünki hər yer pal-palçıq idi. Bütün şəhər palçığın içindəydi. Biz islanmışdıq, yaxınlıqdakı stansiyaya gedib qatarla Londona qayıtdıq”.

Lakin müsahibənin bu hissəsi də dərin şübhələr yaradıb.

Solsberidə bu iki nəfərin gəzişdiyini göstərən kamera fotoşəkillərində nə qar, nə də palçıq gözə dəyir. Financial Times qəzetinin müxbiri Max Seddon elə bundan yazıb:

“Xanım Simonyan, doğrudan da siz bu adamlara fotolarda palçıq görünmədiyini deməliydiniz”

Jurnalist Guy Walters də bu iki nəfərin Londona pis havaya görə qayıtdıqlarına inanmır və hətta iki rusiyalının keçdiyi məkanın xəritəsini təqdim edir. O bildirir ki, Rusiya Baş Kəşfiyyat İdarəsi agentlərinin “rahatlığı üçün” tərtib etdiyi bu planda məbədin dəmir yolu stansiyasının lap yaxınlığında olduğu görünür.

Walters yazır ki, bu iki nəfər müsahibədə ola bilsin Skripalın evinin yanından keçdiklərini deyiblər: Amma necə olub ki, pis hava onları daha uzaq olan həmin yerə getməkdən məhrum etməyib.

Ətir flakonu?

Boshrov “Noviçok” maddəsinin Nina Ricci ətir şüşəsində olduğu barədə iddiaları rədd etmək üçün müsahibədə deyib: “İki ədəbli kişi üçün qadın ətiri gəzdirmək axmaqlıq deyilmi?"

"Gömrükçülər hər şeyi yoxlayırlar. Onlar kişilərin yükündə niyə qadın ətirinin olmasını sorğu-sual etməzdilərmi? Bizdə belə bir şey yox idi”.

Telegraph qəzetinin müxbiri Alec Luhn iki rusiyalının Skripal adını eşitmədikləri barədə iddiasını rədd edir: “Rusiyada aylarla davam edən təbliğat kampaniyası şəraitində Skripal adını necə eşitməyə bilərdilər?”

İdman araşdırması?

Lakin iki şübhəlinin müsahibədə özlərini “idman qidaçılığı” sahəsində biznesmen kimi təqdim etmələri ümumiyyətlə heyrətə səbəb olub:

"Biz bazarı araşdırırıq, yeni bir şey axtarırıq – bioloji aktiv qatqı materialları, amin turşuları, vitaminlər, mikroelementlər…Biz ən mühüm olanları seçirik, sonra qayıdıb gəlirik ki, görək bu bazarda yeni məhsulları necə reallaşdırmaq olar”.

ABŞ-dakı ABC şəbəkəsinin müxbiri James Longman yazır:

“Nəhayət Simonyanın israrlı suallarından sonra bu iki nəfərin fitnes sahəsində biznesmen olduqlarını öyrənirik”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG