“Erməni Milli Konqresi” partiyası ölkənin yarıprezident idarəçiliyinə keçməsi ilə bağlı qarşıdakı 1 il ərzində refeendum keçirməyi təklif edib.
Bu partiyaya Ermənistanın birinci prezidenti Levon Ter Petrosyan rəhbərlik edir.
Partiya hesab edir ki, referendumdan 1il sonra - 2020-ci ildə isə yeni konstitusiyaya uyğun olaraq prezident seçkisi keçirməlidir.
Bəyanatda həmçinin qeyd edilir ki, ölkədə 20 illik avtoritar rejimə son qoyulsa da köhnə sistemin ölkənin həyatına, xüsusən də iqtisadi sferaya güclü təsiri hələ də hiss olunmaqdıdır.
Ter-Petrosyan hesab edir ki, köhnə sistem tamamilə dağıdılmalı, demokratiya və rəqabətə əsaslanan yeni iqtisadiyyat qurulmalıdır.
Ermənistan, keçmiş prezident Serzh Sargsyanın dövründə referendum keçirərək prezident üsul-idarəsindən parlament idarəciliyinə keçib.
Sargsyan həmin vaxt baş nazir kimi yenidən hakimiyyətə gəlmək istəsə də indiki baş nazir
Nikol Pashinyanın təşkil etdiyi kütləvi etirazlarla hakimiyyətdən kənarlaşdırıldı.
Sonuncu növbədənkənar parlament seçkilərində Paşinyanı dəstəkləyən qüvvələr parlamentdə çoxluğa sahib olub. Paşinyanı da elə onlar baş nazir seçib.
Əvvəlki idarəçilik üsulunda bir nəfər iki dəfədən artıq prezident seçilə bilməzdi.
İndi isə prezident daha çox simvolik vəzifədir, ölkəni baş nazir idarə edir.
Hansısa şəxsi - parlament çoxluğu dəstəkləyərsə-baş nazir vəzifəsinə neçə dəfə seçilməsinə məhdudiyyət yoxdu.