“İyunun 1-i gecə saatlarında İzmir yaxınlığındakı limanda partlayış və yanğın baş verən gəmi yox, gəminin yan aldığı liman SOCAR-a aiddir-”. Bunu Azərbaycn Dövlət Neft Şirkəti İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkli idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə İtaliya bayrağı altında üzən gəmi sadəcə, SOCAR-a aid limana yan alıb.
“Gəmidə yanğın baş verib, bir nəfər də dünyasını dəyişib. Hazırda Türkiyənin hüquq-mühafizə orqanları yanğın baş vreməsinin səbəblərini araşdırır”,- İ.Əhmədov bildirib.
Türkiyə mediası gəminin SOCAR-a aid olduğunu bildirmişdi.
*
Türkiyənin İzmir şəhərində “Petkim” neft-kimya kompleksinin limanında gəmilərdən birində partlayış baş verib. Bunun ardınca yanğın başlayıb. Yerli “Sabah” qəzeti gəminin Azərbaycanın SOCAR şirkətinə aid olduğunu yazır.
Partlayış zamanı 1 nəfərin öldüyü, 16 nəfərin yaralandığı deyilir. Türkiyə qaynaqları yaralılardan 15-nin İtaliya, birinin Rumıniya vətəndaşı olduğunu bildirir.
Partlayışın səbəbləri haqda məlumat verilmir.
AzadlıqRadiosu hələlik SOCAR-dan bununla bağlı açıqlama almağa çalışır.